İsrail şirkəti: Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Abşeron yarımadasının su problemlərinin həlli üçün dünya üzrə ən yaxşı texnologiyalar seçilir.
Reyting.az xəbər verir ki, bunu İsrailin "Mekorot" milli su şirkətinin Beynəlxalq biznes üzrə direktoru Barak Graber Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində "Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq" adlı panelində deyib.
O bildirib ki, Abşeron yarımadasında planlaşdırılan duzsuzlaşdırma layihəsi çərçivəsində İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) dünya üzrə ən yaxşı duzsuzlaşdırma texnologiyaları arasında rəqabət yaradaraq, bazardan ən optimal həlli seçiblər: "Tender vasitəsilə rəqabət yaradılıb və nəticədə layihə üçün ən yaxşı texnoloji həll müəyyən edilib".
B. Graber qeyd edib ki, effektiv su layihələrinin həyata keçirilməsində hökumət və özəl sektorun rolunun dəqiq müəyyənləşdirilməsi vacibdir: "Hökumət sərhədləri və qaydaları müəyyən edir, özəl sektor isə həmin məqsədə çatmaq üçün ən yaxşı texnologiya və həll yollarını tətbiq edir. Bu yanaşma həm dövlət, həm də özəl sektor üçün maksimum fayda təmin edir".
O vurğulayıb ki, dövlət məqsədi müəyyən etməli, özəl sektor isə "bu məqsədə necə çatmaq olar?" sualına cavab verməlidir: "Bu model su sektorunda, o cümlədən su layihələrinin idarə olunmasında uğurun açarıdır"(report)
Bu mövzuda digər xəbərlər:İsrail şirkəti Moskvaya uçuşları DAYANDIRDI
26 Dekabr 2024 23:37
Bakının və Abşeronun bəzi yerlərində su
06 Dekabr 2024 15:37
Neftçi Abşeronun qonağı olacaq
09 Yanvar 2025 11:16
Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək
30 Aprel 2025 18:15
Bakının və Abşeronun bəzi yerlərində su kəsiləcək
06 Dekabr 2024 15:15
Baxış sayı:93
Bu xəbər 11 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















