Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Abşeronun “su qapısı”

Abşeronun “su qapısı”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixi “Şollar kəməri” yarımadaya bu məntəqədən daxil olub

Sumqayıtın 10 kilometrliyində yerləşən Hacı Zeynalabdin qəsəbəsi 76 yaşlı şəhərin 115 yaşlı (!) yaşayış massividir. Bu qəsəbə “gənclik şəhəri”nin ilk qədəmlərinə “xeyir-dua” vermiş ağsaqqal timsalındadır və Sumqayıtın köksündən əsrlərin yol aldığını göstərir...

Qocaman Xəzərin sahilində Hacı Zeynalabdin qəsəbəsi 1911-ci ildə salınıb. Özünəməxsus yubileyi ərəfəsində yolumuzu həmin qəsəbədən saldıq. Əslində, bu sətirlərin müəllifi uşaq yaşlarından üzübəri buranı çox ziyarət edib, amma bu dəfə məqsəd yubilyar qəsəbənin tarixinə və bugününə işıq salmaq idi. Öyrəndik ki, bir vaxtlar Sumqayıt çayı ilə Yaşma stansiyası arasındakı “Təkə qumu” adlanan bu yerdə Bakı qəzası Pirəküşkül kəndinin ağsaqqalı Hacı Əlinin saldığı Kiçik Pirəküşkül obası olub. Qəsəbənin yaranması isə ötən əsrin əvvəllərində “Şollar-Bakı” su kəmərinin çəkilməsi ilə bağlıdır. 190 kilometrlik su kəmərinin qəsəbəyə qədərki 141 kilometr hissəsi qapalı beton kəmərlə çəkilib.

Təsadüf idi, ya zərurət – biz qəsəbədə olarkən paytaxtda Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilirdi. Orada Azərbaycanın su xətləri çəkilişində bir ilk olan Şollar kəmərinin də su təchizatında önəmi xatırlandı və qeyd edildi ki, “Şollar-Bakı”dan gələn iki su mənbəyi təkmilləşdiriləcək və onlardan da əlavə suyun gətirilməsi təmin ediləcək.

Zamanında analoqu olmayan, Azərbaycanın ilk böyük su kəmərini neft maqnatı və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev çəkdirib. Məramı içməli su sarıdan əziyyət çəkən Bakı şəhərini bu problemdən qurtarmaq olub. Onun sifarişi və şəxsi vəsaiti hesabına kəməri Almaniyanın Frankfurt-Mayn şəhərində yaşayan, Avropada 35 su və kanalizasiya xətti çəkməsi ilə məşhurlaşmış mühəndis Vilyam Lindleyn inşa edib. Bu məqsədlə əraziyə Moskva-Bakı dəmir yolundan ayrıca xətt çəkilib. Maraqlıdır ki, bulaq suları Xaçmazın Şollar kəndindən buradək olan məsafəni heç bir mexaniki qurğunun köməyi olmadan, öz təbii axarı ilə qət edir. Şərq memarlığı üslubunda abidə sayılan nasos stansiyası indi də əzəməti ilə seçilir.

O zaman suötürücü nasos qurğularına görə qəsəbəyə rus mənşəli “Nasosnaya” adı verilmişdi. Bu ad yalnız 1991-ci ildə dəyişdirilib və burada Abşeronu su aydınlığına qovuşduran xeyriyyəçinin adı əbədiləşdirilib. Bu gün qəsəbədə böyük xeyriyyəçinin adına park salınıb və büstü qoyulub.

Hacı Zeynalabdinin büstünün açılışını da xatırlayıram. Həmin mərasimdə onun nəticəsi Fərhab Mehmandarov ulu babasının savab əməllərinin unudulmamasına, xatirəsinin könüllərdə yaşadılmasına görə sumqayıtlılara minnətdarlığını bildirdi. Qəsəbənin sakinləri, ağsaqqallar isə unudulmaz, savab iş görmüş Hacı Zeynalabdinin ruhuna dualar oxudular. Lent kəsilib örtük götürüləndən sonra böyük xeyriyyəçinin gözlər önündə canlanan ölməz obrazının, sanki, mərasimi fərəhlə izlədiyinin şahidi olduq...

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi Lalə Hacıyeva ilə ərazini gəzdik. Lalə xanım 1991-ci il noyabrın 20-də Qarakənd səmasında qəzaya uğradılmış helikopterdə həlak olan görkəmli dövlət xadimi, Nazirlər Soveti sədrinin müavini, şəhid Zülfi Hacıyevin qızıdır. Sumqayıtda adına küçə və məktəb olan Z.Hacıyev uzun müddət şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. Ailə ənənəsinə sadiq qalan Lalə xanım da bacarıqlı təşkilatçı və idarəedici kimi tanınır. Gündə neçə saat qəsəbəni gəzib abadlıq, təmizlik işlərinə nəzarət edir, sakinlərlə görüşüb arzu və istəkləri ilə maraqlanır, nəyəsə ehtiyacı olanlara həssaslıqla yanaşır.

O dedi ki, 115-120 il əvvəl məşhur xeyriyyəçi “Şollar-Bakı” su kəmərinin inşası ilə əlaqədar, təbii olaraq, buraya dəfələrlə gəlib, işlərin gedişatına nəzarət edib. Həmçinin onun səyi ilə ətraf kəndlərdən tikintiyə cəlb olunan böyük işçi qüvvəsi ilə yaşayış məntəqəsi salınıb. Massivdə alman və ingilis memarlıq üslubu ilə seçilən evlər, inzibati binalar tikilib, ətraf yaşıllaşdırılıb. Burada üçmərtəbəli böyük xəstəxana, məktəb və poçt binası istifadəyə verilib. Sovet dövründə qəsəbənin ətrafında hərbi obyektlər salınıb və aviasiya təmiri zavodu yaradılıb.

Hazırda xeyli abad qəsəbədə 40 min əhali yaşayır. Ölkə rəhbərliyi sakinlərin rahatlığı üçün hər cür şərait yaradıb. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov tez-tez qəsəbəyə gəlir, vətəndaşların qəbulunu keçirir, onların qayğılarının həlli üçün əlindən gələni edir. Bax, gördüyünüz bu parklar, xiyabanlar şəhər rəhbərliyinin tapşırığı ilə yaradılıb, abadlaşdırılıb. Zakir müəllim və komandası qəsəbə ilə bağlı bütün işgüzar təşəbbüslərimizə hər zaman güclü dəstək verir.

Şəhərin abadlığı üzrə tədbirlər çərçivəsində qəsəbədə 5 nümunəvi məhəllə yaradılıb, 64 yaşayış binasının fasadı təzələnib və dam örtükləri təmir olunub. Parklar, abidələr səliqə-sahmana salınıb. Qəsəbədəki “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş abidə Azərbaycanın ədəbiyyat tarixinin qədimlik nişanlarındandır. “Heydər bulağı”nın suyu daim qaynayır. Şəhidlər kompleksi ölməz Vətən oğullarının ruhuna ehtiramla ziyarət edilən yerdir. Dahi Üzeyir bəy Hacıbəylinin adını daşıyan küçədə onun abidə-kompleksi böyük bəstəkarın xatirəsinə sumqayıtlıların töhfəsi olub. Qəsəbədə 10-a qədər təhsil ocağı və uşaq bağçası, incəsənət məktəbi, mədəniyyət evi, kitabxana, xəstəxana, poliklinika və təcili yardım stansiyası fəaliyyət göstərir. İnişil burada Mikayıl Müşfiq parkı əsaslı təmir edilib. Ərazinin tamet örtüyü yenidən döşənib, hasar aqlay daşlarla üzlənib. Ərazidəki su xətti bərpa olunub, işıqlandırma sistemi quraşdırılıb. Ayrı-ayrı guşələrdə oturacaqlar qoyulub.

2024-cü ildə keçirilmiş COP29-la əlaqədar olaraq Bakı-Quba magistral yolunun sağ tərəfində 3 hektarlıq ərazidə böyük bağ salınıb və orada 20 minədək müxtəlif tinglər basdırılıb. Daimi qulluq edilən bu ağacların sənaye mərkəzinə yaxın ərazilərdə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasında müstəsna rol oynayacağı şəksizdir.

Təxminən 25 il əvvəl Sosialist Əməyi Qəhrəmanı, 3 dəfə Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmiş, Prezident təqaüdçüsü Əlisəfa Yaqubovun qəsəbədəki evində qonaq olmuş, haqqında teleoçerk hazırlamışdıq. Əslən Xızının Gimçi kəndindən olan el ağsaqqalı, fermer Hacı Əlisəfa kişi də qəsəbənin tarixi ilə bağlı maraqlı söhbətlər etmişdi. Yerlilərinin zəhməti sayəsində hasilə gələn və dövlət qayğısı ilə əhatə olunan qəsəbədə yaşaması ilə qürur duyduğunu söyləmişdi...

Qəsəbədə adı hörmətlə çəkilən ağsaqqallardan biri əslən pirəküşküllü olan, yuxarıda adını çəkdiyimiz Hacı Əlinin nəslindən olan Nasir Rzayevdir. O, Sumqayıtda müxtəlif vəzifələrdə çalışıb və düz 12 il də ulu babasının ilk dəfə “Təkə qumu”nda yurd salmış olduğu qəsəbədə icra nümayəndəsi olub. Görüşümüz zamanı xoş xatirələrə daldı, burada görülmüş dəyərli işlərdən danışdı. Həyata keçirilən ən gərəkli tədbirlər sırasında qəsəbənin bütün küçələrinin müasir işıqlandırma sistemi ilə təmin olunmasını vurğuladı. Sonda isə “Bu gün də həmin işıqlar qəsəbəni nura qərq edir. Bax, beləcə, işıqlı xatirələrlə yaşayırıq”, - deyən Nasir müəllimə uzun və işıqlı ömür arzulayıb ayrıldıq.

Ə.NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri