Icma.az
close
up
RU
İsrail Suriyada təhlükəsizliyin təmini və inkişafında maraqlı deyil ŞƏRH

İsrail Suriyada təhlükəsizliyin təmini və inkişafında maraqlı deyil ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İsrail druzlardan istifadə edərək, Suriyada sabitliyi pozmaq və Türkiyənin bu ölkədə hərbi-siyasi mövqeyini zəiflətmək istəyir


Suriya daxili təhlükəsizliyi təmin etmək üçün Türkiyədən rəsmi olaraq hərbi dəstək istəyib. Bu ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb ki, Suriya administrasiyası Türkiyəyə müdafiə qabiliyyətini gücləndirmək və bütün terror təşkilatları, xüsusilə İŞİD ilə mübarizə aparmaq məqsədilə rəsmi dəstək sorğusu ilə müraciət edib. 

Bəyanata əsasən, Türkiyənin prioritet məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək, həmçinin regionda davamlı sülhü təmin etməkdir. Ötən gün Türkiyə xarici işlər naziri Hakan Fidan da Suriya hərbi dəstək istəyərsə, Türkiyənin buna hazır olduğunu vurğulayıb.

Politoloq Məhəmməd Əsədullazadə  Sherg.az-a  deyib ki, İsrail Suriyada təhlükəsizliyin təmini və inkişafında maraqlı deyil. Ekspertin sözlərinə görə, İsrail druzlardan istifadə edərək, Suriyada sabitliyi pozmaq və Türkiyənin bu ölkədə hərbi-siyasi mövqeyini zəiflətmək istəyir: 

"İsrail Türkiyənin Suriyada möhkəmlənməsinə qarşıdır. Ehtimal ki, ABŞ-nin birbaşa müdaxiləsi ilə Suriya və İsrail arasında danışıqlar aparılacaq. İsrail druzlara muxtariyyət tələb edir. Həmçinin, Suriyanın Colan təpələrindən imtinasını şərt kimi irəli sürür. İsrailin druzlara muxtariyyət tələbi Suriyanın Colan təpələrindən imtina etməsi ilə bağlı təzyiq siyasətidir. Danışıqlar baş tutarsa, Suriya Colan təpələrindən imtina edə bilər. İsrail druzlardan istifadə edir, ABŞ də bu planı dəstəkləyir. Ancaq ABŞ Suriyada sabitliyin və bütövlüyün qorunmasında maraqlıdır. Yaxın günlərdə ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə İsrail-Suriya arasında danışıqlar prosesi müsbət istiqamətdə inkişaf edəcək. Məhz Suriyanın Türkiyədən hərbi yardım istəməsi İsraili fakt qarşısında qoyur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyul 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri