Icma.az
close
up
RU
Türkiyə və İsrail Suriyada “döyüşəcək”

Türkiyə və İsrail Suriyada “döyüşəcək”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Heyət Təhrir əş-Şam” (HTŞ) və Rusiya arasında danışıqlarda böyük ehtimalla tərəflər Tartus bazasının statusu haqqında razılığa gələcəklər.

Müəyyən mənbələrin məlumatına görə, razılaşmaya əsasən, Əsəd dövründə olduğu kimi, Rusiya tərəfi Hmeymimdə qalmağa davam edəcək. Bunun qarşılığında isə Rusiya HTŞ-yə dəstək verə bilər. Bəzi ekspertlər iddia edirlər ki, HTŞ Qərb qarşısında manevr üçün Rusiyaya ehtiyac duyur. 
Sanksiyalar qarşısında da HTŞ Rusiya ilə iqtisadi əlaqələri vacib hesab edir. 

Digər tərəfdən isə, HTŞ Rusiyadan baza qarşılığında maliyyə dəstəyi və tikinti materialları dəstəyi əldə edə bilər. 

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, rus hərbi bazasının Suriyada qalıb-qalmaması Türkiyənin mövqeyindən asılı olacaq:

“HTŞ Suriyasında Tatrusda Rusiya hərbi bazasının saxlaması ilk növbədə Türkiyədən asılıdır. Suriyada əsas söz sahibi Türkiyədir. Əgər  Rusiya hərbi bazası Tartusdan çıxmasa, Qərb HTŞ-ni tanımayacaq. Əksi olarsa, Qərb onu tanıya bilər. Hazırda Qərblə Rusiya arasında davam edən geosiyasi qarşıdurma fonunda belə bir qərar verilərsə, Suriyaya qarşı təzyiqlər masada olacaq. Qərbin geosiyasi marağındadır ki, Rusiya Suriyadan birdəfəlik çıxsın. Rusiya o bazadan HTŞ-yə qarşı uzun müddət hərbi əməliyyatlar aparıb”. 

Ona görə də HTŞ bu məsələdə Ankara ilə danışacaq:

“Ankara isə niyə Rusiya hərbi bazasının orada saxlanmasına razı olmalıdır?  Onu da qeyd edim ki, bu gün Suriyada iki güc var. Biri Türkiyə, digər isə İsraildir. Hazırda İsrail də Suriyada hərbi əməliyyatlar aparır. Suriyanın cənubunda bufer zona daxil olmaqla bir sıra yaşayış məntəqələrini ələ keçirib. Türkiyə bununla bağlı qarşı tərəfə etiraz edib. Əgər Təl-Əviv kürdlərə dəstək verərsə və hərbi əməliyyatları genişləndirərsə, bu, Türkiyə ilə İsrail arasında toqquşmaya gətirib çıxara bilər. Bu da İsrailin bir dövlət kimi çöküşü və acı məğlubiyyəti olar”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see418

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see269

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see267

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see262

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see253

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see250

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see244

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see243

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see241

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see238

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see237

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see233

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see220

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see198

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see194

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see188

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see169

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri