Icma.az
close
up
RU
İsrail tədqiqatçıları xərçəngin müalicə metodları üzərində işləyirlər, yeni kəşflər var

İsrail tədqiqatçıları xərçəngin müalicə metodları üzərində işləyirlər, yeni kəşflər var

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

İsrail tədqiqatçıları xərçənglə mübarizədə yeni müalicə metodları üzərində işləyirlər. Onların yeni kəşfi xərçəng xəstələrində immunoterapiyanın effektivliyini əhəmiyyətli dərəcədə artıraraq, şişlərin orqanizmin immun sisteminin təsirinə məruz qalmasına imkan verə bilər. Bu strategiya müəyyən xəstələr üçün immunoterapiya imkanlarını genişləndirməklə yanaşı, xərçənglə mübarizə aparan yeni dərmanların hazırlanmasına yol açır.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin TPS -IL agentliyi məlumat yayıb. Bildirilib ki, Veysman İnstitutunun və Stenford Universitetinin alimləri şişləri anormal zülallar istehsal etməyə məcbur etmək və onları immun hüceyrələr üçün görünən hala gətirməyə çalışıblar. Laboratoriya modellərində bu yeni üsul şişləri məhv etməyə və onların böyüməsini ləngitməyə qadir olan güclü immun reaksiyaya səbəb olub. Tapıntılar “Cancer Cell” jurnalında dərc edilib.

Yeni nəsil müalicə yanaşmalarından biri olan immunoterapiya immunitet sistemini yenidən təşkil etməyi və bədənin xərçəngin özünü məğlub etməsini təmin edir. İmmunoterapiya ya immun sistemini bütövlükdə stimullaşdırır, ya da xərçəng hüceyrələrini xüsusi olaraq tanıyaraq hücum etməyə kömək göstərən sintetik komponentlər təqdim edir. Bununla belə, xərçəng xəstələrinin orta hesabla yarısı hazırda immunoterapiya üçün namizəddir və yalnız təxminən 20 faizi effektiv cavab verir.

Araşdırmanın xərçənglə mübarizədə əhəmiyyətli dərəcədə təsir göstərəcəyini vurğulayan tədqiqat rəhbəri professor Yardena Samuels bu metodun əvvəllər müalicəyə cavab vermək üçün hüceyrələri çox az mutasiyaya malik olan xəstələrə immunoterapiyanı effektiv edə biləcəyini söyləyib.

Qeyd olunub ki, yeni tədqiqat daha fərdiləşdirilmiş xərçəng müalicələrinə şərait yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri