Icma.az
close
up
RU
Tramp İsrail üzərində gücünü göstərmək istəyir

Tramp İsrail üzərində gücünü göstərmək istəyir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaqına icazə verməyəcəyini bildirib. Bu barədə CNN məlumat yayıb. "Mən İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm. Xeyr, bunu etməyəcəyəm. Bu, baş verməyəcək" deyə o, deyib. Tramp əlavə edib ki, o, artıq İsrailin baş naziri Benyamin Netanyahu ilə bunu müzakirə edib. "Bəli, amma buna icazə verməyəcəyəm. Bəsdir. Artıq dayanmağın vaxtıdır" deyə ABŞ prezidenti bildirib.

Politoloq Zeynal Əmrəliyev xalqcebhesi.az-a deyib ki, əgər Donald Tramp bu məsələ ilə bağlı İsrailə təzyiq edərsə bu onun rəhbərliyi dövründə Yaxın Şərq məsələsi ilə bağlı ciddi dönüş nöqtəsi ola bilər:

"İordan çayının qərb sahil beynəlxalq hüquqa görə işğal olunmuş Fələstin torpaqları sayılır və burada İsrailin yəhudi yaşayış məntəqələri yaratması çoxdan bəri mübahisə mövzusudur. İsrailin bəzi siyasətçiləri bu əraziləri tam şəkildə ilhaq etmək, yəni rəsmi olaraq İsrail ərazisi elan edilməsi siyasətini dəstəkləyirlər. Hazırda hakimiyyətdə olan Binyamin Netenyahunun rəhərlik etdiyi hökumətdə bu siyasəti müdafiə edir. Mövcud hökumətin əsas hədəfi gələcəkdə yaranacaq Fələstin dövlətinin ərazisi olması planlaşdırılan İordan çayının qərb sahillərini, Qüdsün şərq hissəsini və Qəzza bölgəsini ələ keçirərək bu dövlətin yaranmasına imkan verməməkdir. Tramp administrasiyası əvvəllər İsrailə qarşı daha yumşaq və dostyana mövqe sərgiləmişdi. Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı buna sübutdur. Artıq daha çox təzyiq qarşısında qalmamaq üçün Donald Tramp icazə verməyəcəyini bəyan edərək İsrail üzərində gücünü göstərmək istəyir. Burada məqsəd həm ərəb blokunu razı salmaq, həm də yəhudi lobbisinə təsir etməkdir. Bu açıqlama ilə Ağ ev rəhbəri indiyə qədər İsrailə verilən dəstəyi nəzərə alaraq artıq müəyyən həddin aşılmasına imkan verməyəcəyini bildirir. Trampın bu bəyanatı Netanyahu hökumətində narahatlıq yarada bilər. ABŞ-dən gələn bu cür açıq təzyiq İsrailin ilhaq planlarını ya gecikdirə, ya da tamamilə dayandıra bilər".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Sentyabr 2025 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri