İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib Test nümunələri götürülüb
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Bu gün İsrail təyyarəsi Suriyanın cənubundakı Quneytrada əkin sahələrinə naməlum maddələr səpib.
Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.
Bildirilib ki, İsrail təyyarəsinin Əbu Məzrə fermer təsərrüfatı ilə Quneytranın cənubundakı Əl-Hanut kəndinin qərbindəki əkin sahələrinə səpdiyi naməlum maddələr qorxu yaradıb: "İsrail təyyarəsi bazar günü də Quneytranın cənubundakı Əl-Rafiddəki meşəlik ərazilərə, tarlalara və otlaqlara da belə naməlum maddələr püskürüb. Həm o, həm də bugünki səpilən maddələrdən nümunələr götürülüb, araşdırma başlayıb".
Məlumatda da deyilir ki, bölgə əhalisinə həmin ərazilərdən uzaq durmaq, heyvanlarını belə ora buraxmamaqla bağlı xəbərdarlıq olunub.
Firdin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Yanvar 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















