Icma.az
close
up
RU
İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

İsrail turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən İsraildən olan 10 aparıcı turizm şirkətinin ölkəmizə tanışlıq səfəri təşkil edilib.

ATB-dən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək və İsrailin turizm bazarı ilə əməkdaşlığı gücləndirməkdir.

Sentyabrın 9-da 60 yerli turizm şirkətinin iştirakı ilə şəbəkələşmə və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi məqsədilə B2B tədbiri keçirilib. İştirakçılar Bakı, Şamaxı və Qəbələnin turizm imkanları ilə tanışlıq çərçivəsində hotellərin inspeksiyası, qolf üzrə master-klass, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, müxtəlif mədəni irs və tarixi məkanlar barədə məlumatlandırılıblar.

2024-cü ildə Azərbaycana 28 min 955 İsrail vətəndaşı səfər edib. 2025-ci ilin ilk yarısında ölkəmizi 23 min 534 İsrail vətəndaşı ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Azərbaycan Turizm Bürosu turizm imkanlarının daha yaxından tanıdılması məqsədilə bu il İsraildə keçirilən bir sıra mühüm tədbirlərdə iştirak edib. Onların sırasında Hayfa və Təl-Əvivdə təşkil olunan silsilə tədbirlər, Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisi, eləcə də “Tel Aviv EAT” qida festivalı yer alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri