Icma.az
close
up
RU
“İsrail üçün təhlükə yaradan qruplaşmalar hələ də tərkisilah olunmayıb” SİYASİ ŞƏRHÇİ

“İsrail üçün təhlükə yaradan qruplaşmalar hələ də tərkisilah olunmayıb” SİYASİ ŞƏRHÇİ

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın sabiq prezidenti Donald Tramp İsrail və Həmas arasında sülhün təmin olunacağını bəyan etmişdi. İsrail isə sülhün yalnız əsirlərin geri qaytarılması şərti ilə mümkün olduğunu bildirmişdi.

Lakin əsirlər geri qaytarılsa da, bölgədə münaqişə davam edir və gözlənilən sülh hələ də reallaşmayıb. Sosial şəbəkələrdə yayılan məlumatlar sanki vəziyyəti normallaşdırırmış təsiri yaratsa da, gerçəkdə günahsız insanlar hədəf alınmağa davam edir.

İsrailin əsas tələblərindən biri Həmas və Qəzza zolağındakı, eləcə də Fələstin administrasiyası ərazisindəki qanunsuz silahlı qruplaşmaların tərkisilah olunmasıdır.

“Həmasla İsrail arasında hazırda atəşkəs mövcuddur. Bir neçə gün öncə Qəzza zolağında iki İsrail əsgərinin öldürülməsi bu atəşkəsi pozmuş və İsrail ordusu buna cavab vermişdi.

Hazırda tərəflər arasında atəşkəs davam edir və onun ardınca girov mübadiləsi və əsir dəyişmə prosesi həyata keçirilir. Lakin bu razılaşma çox kövrəkdir və istənilən vaxt pozula bilər”.

Siyasi şərhçi qeyd edib ki, İsrail hesab edir ki, bu qruplaşmalar ölkənin təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

“Hazırda sosial şəbəkələrdə yayılan məlumatlar əsasən İsrailin Livanın cənubunda Hizbollah qruplaşmasına qarşı keçirdiyi əməliyyatlarla bağlıdır. İsrail hakimiyyəti Livan hökumətindən də Hizbollahın silahsızlaşdırılmasını tələb edir və Livan hökuməti bu təkliflə razıdır. Lakin Hizbollah müqavimət göstərir və buna cavab olaraq İsrail ordusu Livanın cənubunda anti-Hizbollah əməliyyatlarını davam etdirir.

Bütün bu proseslər göstərir ki, Yaxın Şərqdə Fələstin dövlətinin yaradılması İsrailin təhlükəsizliyi üçün əsas qarant hesab olunur. Regionda Həmas, Hizbollah və digər silahlı qruplaşmaların tərkisilah olunması baş vermədiyi halda münaqişələr uzun illər davam edə və heç bir nəticə verməyə bilər”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri