Icma.az
close
up
RU
İsrail universitetləri dünya reytinqində mövqelərini itirir

İsrail universitetləri dünya reytinqində mövqelərini itirir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin doqquz universitetindən altısı bu yaxınlarda nəşr olunan "Global 2000" dünya universitetləri reytinqində geriləyib.

Bizimyol.info xəbər verir ki, reytinq siyahısı Dünya Universitetləri Reytinq Mərkəzi ("CWUR") tərəfindən hazırlanıb. Ümumi enişə baxmayaraq, Qüds Yəhudi Universiteti müsbət fərqlənərək 66-cı yerdən 65-ci yerə yüksəlib.

"CWUR" 20 mindən çox universiteti təhlil edərək, təhsil keyfiyyəti, məzunların məşğulluğu, professor-müəllim heyətinin elmi nailiyyətləri və tədqiqat göstəriciləri kimi meyarlar əsasında 2000 ən yaxşı ali məktəbi müəyyən edib. Analitiklərin fikrincə, İsrailin mövqelərinin zəifləməsi dövlət maliyyələşməsinin durğunluğu və tədqiqat fəaliyyətinin azalması ilə əlaqədardır. Eyni zamanda, xüsusilə Asiyada yerləşən xarici universitetlər bu sahəyə daha çox sərmayə yatırırlar.

İsrailin aparıcı universitetləri arasında:

Qüds Yəhudi Universiteti 65-ci yerə yüksəlib, baxmayaraq ki, bəzi altkateqoriyalarda geriləyib;Veytsman Elmi İnstitutu 4 pillə irəliləyərək 70-ci yerə qalxıb və elmi liderliyini qoruyub;Təl-Əviv Universiteti 156-cı yerə enib, lakin hələ də ilk 200-lükdədir;Texnion – İsrail Texnologiya İnstitutu 188-ci yerə düşüb;Ben-Qurion Universiteti 358-ci pillədə qərarlaşıb.

Reytinqin sonlarında yer alan ali məktəblər bunlardır:

Bar-İlan Universiteti – 591-ci yer;Hayfa Universiteti – 684-cü yer;Ariel Universiteti – 1435-ci yer;Rayxman Universiteti – 1989-cu yer.

"CWUR"un rəhbəri doktor Nadim Maxassen vəziyyəti narahatedici adlandırıb və strateji planlaşdırmanın olmamasına diqqət çəkib.

“Ciddi islahatlar və investisiyalar olmadan İsrail qlobal akademik arenada daha da geri qala bilər,” – deyə o bildirib.

İsrailin mövqelərinin zəiflədiyi bir vaxtda, ABŞ-ın prestijli "Ivy League" universitetləri reytinqin zirvəsində qalmaqda davam edir. Harvard Universiteti ardıcıl 14-cü ildir ki, 1-ci yerdədir. Onu Princeton (6-cı), Pennsilvaniya (7-ci), Kolumbiya (8-ci) və Yel (9-cu) universitetləri izləyir.

Böyük Britaniyada vəziyyət nisbətən sabitdir: Kembric və Oksford universitetləri müvafiq olaraq 4-cü və 5-ci yerləri tutur. Lakin reytinqə daxil olan dörd Britaniya universitetindən üçü mövqelərini itirib. Analitiklər bunu Çin və digər Asiya ölkələrinin daha çevik və inkişaf yönümlü təhsil sistemlərinə keçməsi ilə izah edirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri