Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"UI GreenMetric World University Rankings”in 2026-cı il üzrə dünya universitetlərinin dayanıqlılıq reytinqinin nəticələri açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, builki reytinqdə Azərbaycan ali təhsil müəssisələrinin təmsilçiliyi ötən illə müqayisədə artıb.
Belə ki, reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 19-dan 22-yə yüksəlib. TOP 500-də qərarlaşan yerli universitetlərin sayı isə 1-dən 5-ə çatıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 366-cı pillədə qərarlaşaraq ölkə üzrə ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 369-cu, Azərbaycan Texniki Universiteti 436-cı, Azərbaycan Dövlət İqtisad Universiteti 445-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 449-cu yeri tutub.
Ümumilikdə, 16 Azərbaycan ali təhsil müəssisəsi ötən illə müqayisədə reytinqdə mövqeyini yaxşılaşdırıb.
Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyası isə bu il ilk dəfə "UI GreenMetric World University Rankings”də təmsil olunub.
Nəticələr Azərbaycan universitetlərində dayanıqlı inkişaf, ekoloji məsuliyyət və "yaşıl universitet” modelinin tətbiqinin genişləndiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 25 Sentyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















