İsrail varsa, biz yoxuq bu dövlətlərdən rəsmi Təl Əvivə etiraz
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin iştirakına icazə verilərsə, İrlandiya 2026-cı ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.
“RTE-nin mövqeyi ondan ibarətdir ki, İsrail iştirak edəcəyi təqdirdə İrlandiya “Avroviziya 2026” Mahnı Müsabiqəsində iştirak etməyəcək və İrlandiyanın iştirakı ilə bağlı yekun qərar Avropa Yayım Birliyinin qərarından sonra veriləcək”, – deyə telekanalın bəyanatında bildirilir.
RTE-nin baş direktoru Kevin Bakhert qeyd edib ki, Qəzzada davam edən dəhşətli insan ölümləri fonunda İsrailin bu yarışmada iştirakı qəbuledilməzdir.
Qeyd edək ki, İspaniya və Sloveniya da İsrailin mahnı müsabiqəsində iştirakını boykot edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Sentyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















