Əvvəl Təl Əvivə, sonra Londona...
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ dövlət katibi Marko Rubio sentyabrın 13-dən 18-dək İsrail və Böyük Britaniyaya rəsmi səfərlər həyata keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, Rubio Təl-Əvivdə ABŞ-nin İsrail və HƏMAS arasındakı münaqişə, eləcə də Yaxın Şərqdə təhlükəsizlik məsələləri ilə bağlı prioritetlərini açıqlayacaq.
O, ABŞ-nin İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyəcək və HƏMAS-ın Qəzzaya geri dönməsinin qarşısının alınmasının, həmçinin girovların azad olunmasının vacibliyini vurğulayacaq.
Daha sonra dövlət katibi Böyük Britaniyaya səfər edərək ABŞ prezidentinin nümayəndə heyətinə qoşulacaq və Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper ilə görüşəcək. Görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması, HƏMAS tərəfindən girovların azad olunması, Qəzza zolağında atəşkəsin təmin edilməsi və Çinlə geosiyasi rəqabət kimi mövzular müzakirə olunacaq.


