Icma.az
close
up
RU
İsrail və HƏMAS arasında imzalanan razılaşmanın detalları üzə çıxdı

İsrail və HƏMAS arasında imzalanan razılaşmanın detalları üzə çıxdı

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

İsrail ilə HƏMAS arasında "Qəzza Müharibəsinin Tamamilə Dayandırılması" başlığı ilə imzalanan atəşkəs razılaşmasının detalları açıqlanıb.

Milli.Az xəbər verir ki, sənədə əsasən, HƏMAS 72 saat ərzində bütün əsirləri azad edəcək və bu proses Türkiyənin də daxil olduğu ortaq komitə tərəfindən nəzarətdə saxlanılacaq. Türkiyə həmçinin HƏMAS-ın əlində olan öldürülmüş israilli hərbçilərlə bağlı məlumatların təhvil verilməsində də mühüm rol oynayacaq.

İsrailin rəsmi yayım orqanı KAN bildirir ki, razılaşma həm İsrail, həm də HƏMAS tərəfindən imzalanıb və vasitəçi ölkələr tərəfindən təsdiq olunub. İsrail hökuməti sənədi rəsmən təsdiqlədikdən sonra:

Atəşkəs dərhal qüvvəyə minəcək, Hava zərbələri, artilleriya atəşi və quru əməliyyatları daxil olmaqla bütün hərbi fəaliyyətlər tamamilə dayandırılacaq. İsrail ordusu 24 saat içində "sarı xətt" kimi müəyyən olunan sərhədə çəkiləcək, Bu prosesdən sonra HƏMAS 72 saat ərzində bütün israilli əsirləri (həm sağ, həm də həlak olanları) təslim edəcək, İsrail ordusunun yenidən həmin bölgələrə daxil olmasına icazə verilməyəcək. Qəzzaya humanitar yardım sərbəst şəkildə daxil olacaq

Bu proses 19 yanvar 2025 qərarında təsbit edilən gündə 600 yardım TIR-ı standartı əsasında həyata keçiriləcək.

İsrail tərəfi bildirir ki, hazırda Qəzzada 48 israilli əsir var, onlardan 20-si sağdır. Eyni zamanda İsrail həbsxanalarında 11 mindən çox fələstinli saxlanılır və onların çoxu ağır şəraitdə - işgəncə, aclıq və tibbi laqeydlik içindədir.

Bu prosesə ABŞ, Qətər, Misir və Türkiyənin daxil olduğu ortaq komitə nəzarət edəcək.

Bəzi israilli əsgərlərin meyitlərinin hələ də tapılmadığı qeyd olunur. Bunun üçün İsrail-Fələstin-Misir-Qətər-Türkiyə və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birlikdə ayrıca ortaq mexanizm yaradılacaq.

Bu razılaşma ABŞ-nin vasitəçiliyi ilə Misirin Şarm əş-Şeyx şəhərində, Türkiyə, Misir və Qətərin iştirakı ilə keçirilən dörd günlük dolayı danışıqların nəticəsində əldə olunub.

ABŞ Prezidenti Donald Tramp dünən açıqlama verərək, İsrail və HƏMAS-ın atəşkəs və əsir mübadiləsinin birinci mərhələsi üzrə razılığa gəldiyini bildirmişdi. İsrail hökuməti artıq Trampın təqdim etdiyi atəşkəs planını təsdiqləyib.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri