Icma.az
close
up
RU
İsrail və İran savaşın bir addımlığında Regionda yeni savaş başlayır?

İsrail və İran savaşın bir addımlığında Regionda yeni savaş başlayır?

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə təhlükəsizlik balansı yenidən gərginləşir. İranın ballistik raket istehsalını sürətləndirməsi və zərbə almış hərbi obyektləri bərpa etməsi ilə bağlı məlumatlar İsraildə ciddi narahatlıq doğurub. Bu fondda Təl-Əvivin İrana qarşı yeni hərbi planlar hazırladığı və baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşdə mümkün hücum ssenarisini gündəmə gətirəcəyi bildirilir. Vaşinqtonun bu təşəbbüsə münasibəti regionda mümkün eskalasiyanın taleyini müəyyənləşdirə bilər. 

Bu proses İrana qarşı hərbi hücum üçün zəmin yaratmaq cəhdidirmi? “Müharibələri bitirmişəm” deyən Tramp Netanyahunun təklifini dəstəkləyə bilərmi? ABŞ bu məsələdə birbaşa hücum, yoxsa dolayı dəstək yolunu seçə bilər?

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov  Moderator.az-a açıqlamasında deyib ki, tərəflər arasında müharibə faktiki olaraq hələ başa çatmayıb. Onun sözlərinə görə, İran və İsrail arasında baş verən 12 günlük qarşıdurma müharibənin yalnız birinci mərhələsi hesab oluna bilər:

“Bu 12 günlük qarşıdurma daha çox yoxlama xarakteri daşıyırdı. İsrail İranın zəif və boş mövqelərini müəyyənləşdirməyə çalışırdı. Məhz bu mərhələnin üzərindən prosesin daha genişmiqyaslı bir müharibəyə keçəcəyi gözlənilir. İran–İsrail gərginliyi bitən deyil, qarşıda daha aktiv və təhlükəli bir faza dayanır. Əsas məsələ İsrailin bundan sonrakı mərhələdə hansı hərbi strategiyanı seçəcəyidir. Birinci qarşıdurmadan fərqli olaraq ikinci mərhələdə eyni strategiyadan istifadə olunacaq, yoxsa tamamilə yeni hədəflər və planlar formalaşdırılacaq – bu, ciddi maraq doğurur. İsrailin əvvəl istifadə etmədiyi yeni silah sistemlərinə əl atması da istisna deyil”.

Siyasi şərhçi ABŞ faktoruna da toxunaraq bildirib ki, Vaşinqtonun birbaşa müharibəyə qoşulması real görünmür:

“Lakin  ABŞ-ın dolayısı ilə – hərbi silah, sursat, texnika və digər vasitələr vasitəsilə İsrailə dəstək verməsi ehtimalı kifayət qədər yüksəkdir. Vaşinqtonun  bunun üçün həm siyasi, həm də hərbi imkanları mövcuddur”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri