Icma.az
close
up
RU
Regionda yeni mərhələ başlayır HƏMAS İsrail atəşkəsi pozula bilər? ŞƏRH

Regionda yeni mərhələ başlayır HƏMAS İsrail atəşkəsi pozula bilər? ŞƏRH

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

HƏMAS və İsrail arasında Şarm əl-Şeyxdə keçirilən beynəlxalq danışıqlardan sonra yeni atəşkəs razılaşması əldə olunub.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra liderlərin vasitəçiliyi ilə razılaşdırılan bu atəşkəs bölgədə humanitar vəziyyətin yüngülləşdirilməsi, əsirlərin qarşılıqlı azad olunması və müharibənin daha da alovlanmasının qarşısını almağı hədəfləyir. Tramp atəşkəsin əldə edilməsini diplomatik uğur kimi qiymətləndirib, Ərdoğan isə razılaşmanın davamlı sülhə çevrilməsi üçün beynəlxalq ictimaiyyəti daha fəal olmağa çağırıb. Tərəflər və vasitəçi ölkələr razılaşmanın icrasına nəzarət edəcəklərini bildiriblər.

Maraqlıdır görəsən, İsrail–HƏMAS atəşkəsi daimi olacaqmı? Qəzzaya əsas nəzarət kimə keçəcək? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Əlbəttə ki, Qəzzada atəşkəsin davamlı olub-olmayacağını indi dəqiq demək çətindir. Trampın planı qəbul olunsa belə, bu plan problemin tam həllini əhatə etmir. Dünən keçirilən beynəlxalq toplantıda həm Həmas, həm də İsrail iştirak etmədi — tədbirdə yalnız 20 dövlət və hökumət başçısı ilə bir neçə beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdi. Bölgədə atəşkəsin davamlı və qalıcı olması üçün məncə BƏƏ-nin ciddi mövqeyi vacibdir; BƏƏ İsraili atəşkəsə əməl etməyə məcbur edə bilər.

Həmas məsələsinə gəlincə, onların üzərində təsiri olan Türkiyə, Misir, Qətər, Səudiyyə və BƏƏ kimi ölkələrin rolu da önəmlidir. Bu dövlətlər Həmasa təzyiq göstərsələr, atəşkəsin uzunmüddətli olması üçün daha əlverişli şərait yaranar. Dünən müzakirə edilən və qəbul olunan plan həyata keçərsə, bu, bir formada bölgədə qalıcı sülhə gətirə bilər. Hər halda verilən bəyanatlar və səsləndirilən mövqelər yaxın və orta Şərqdə yeni mərhələnin başlanması niyyətini göstərir.

Bu niyyətləri reallaşdırmaq çətin olsa da mümkündür — bunun üçün tərəflərə təsir yolları işə salınmalı və onlara təhlükəsizlik zəmanətləri verilməlidir. Söhbət həm Qəzza, həm də Fələstin tərəfi və eyni zamanda İsrailin təhlükəsizlik qayğılarının həllindən gedir. Əgər bu məsələlər həll olunarsa, qalıcı sülh mümkün ola bilər; əks halda, keçmişdə olduğu kimi, müvəqqəti atəşkəs bir müddət davam edib yenidən münaqişəyə çevriləcək və qalıcı sülhdən danışmaq mümkün olmayacaq.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Oktyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri