Icma.az
close
up
RU
İsrail və Livan birbirini atəşkəs razılaşmasını pozmaqda ittiham etdi

İsrail və Livan birbirini atəşkəs razılaşmasını pozmaqda ittiham etdi

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İsrail və Livan hakimiyyəti bir-birini noyabrın sonunda əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Livan rəsmiləri İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ən azı iki nəfərin öldüyünü bildirib. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Mərcayun şəhərinə endirdiyi hava hücumu nəticəsində bir nəfər həlak olub. Livanın Dövlət Təhlükəsizlik Xidməti İsrailin pilotsuz təyyarəsinin Nəbatiyyə şəhəri yaxınlığında hücumu nəticəsində bir Livan əsgərinin həlak olduğunu bildirib.
“Reuters”in məlumatına görə, İsrail hərbçiləri Mərcayun və Nəbatiyyədə baş verən hadisələrlə bağlı sualları cavablandırmayıb.
Livan parlamentinin sədri, “Hizbullah”ın müttəfiqi və rəsmi Beyrutun atəşkəs danışıqlarındakı nümayəndəsi Nəbih Berri bildirib ki, Livan İsrailin atəşkəsi 54 dəfə pozduğunu qeydə alıb.
İsrailin xarici işlər naziri Gideon Saar İsrail ordusunun atəşkəs razılaşmasını pozduğunu inkar edir. Onun sözlərinə görə, “Hizbullah” Litani çayının cənubuna silah aparır ki, bu da razılaşmanı pozur.
İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın İsrail-Livan sərhədindəki Har Dov dağ ərazisini minaatanlardan atəşə tutduğunu bildirib. Hücum nəticəsində iki mərmi açıq əraziyə düşüb. İsrailin Baş naziri Benyamin Netanyahu hücumu atəşkəsin ciddi şəkildə pozulması adlandırıb və İsrailin qətiyyətlə cavab verəcəyini deyib.
“Biz atəşkəsə hörmət etməyə davam etmək və Hizbullah tərəfindən istənilən pozuntuya cavab vermək niyyətindəyik - kiçik pozuntu böyük bir pozuntu kimi qəbul ediləcək”, - Netanyahu deyib.
“Hizbullah”ın TASS-a istinadən verdiyi məlumata görə, qruplaşma İsrail qüvvələrini özünümüdafiə məqsədilə vurub və bu əməliyyat İsrail tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına ilk cavabdır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Dekabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri