Icma.az
close
up
RU
İsrail və Türkiyə Suriyada eyni vaxtda əməliyyatlarla başlaya bilər? TƏHLİL

İsrail və Türkiyə Suriyada eyni vaxtda əməliyyatlarla başlaya bilər? TƏHLİL

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Suriya lideri Bəşər Əsədin hakimiyyəti təhdid altındadır. Belə ki, rejim Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) mənsub sünni qrupların hücumlarını dayandıra bilmir.

İranın xarici işlər naziri Abbas Araqçının öncə Suriyaya, sonra Türkiyəyə səfəri də bunu deməyə əsas verir.

Əsədin indiki məqamda yardım istəyə biləcəyi iki ölkə var:

1. Rusiya;

2. İran.

Kreml hələlik vəziyyəti izləyir, dəyərləndirmə aparır. Bu təmkinli yanaşmanın digər səbəbi Ukrayna müharibəsidir. İran isə diplomatik sferada aktivdir. Bununla belə, Suriya hökumətinin terror hücumlarından qorunmaq üçün İrana rəsmi şəkildə müraciət etdiyi bildirilir. Hətta ötən gecədən etibarən İranın İraqdakı proksi qüvvəsi “Həşdi Şabi” və SEPAH-a bağlı qüvvələrin Əsədə dəstək məqsədi ilə Suriyaya gəldiyi iddia olunur.

İran maksimum dərəcədə çalışacaq ki, prosesləri diplomatik yolla tənzimləsin. Əsəd rejiminin devrilməsi Tehranın “şiə hilalı” layihəsinin fiaskosu deməkdir. Buna görə də rəsmi olmasa da, proksi qüvvələri ilə Əsədə dəstək verəcək.

“Həşdi Şabi” və digər başqa İranyönlü silahlı qrupların Əsədə yardıma getməsi regionda fərqli proseslərə gətirib çıxara bilər. Xüsusilə bu, Təl-Əvivin proseslərə müdaxilə etməsi ilə nəticələnə bilər.

İsrail İran proksiləri olan HƏMAS və “Hizbullah”a onsuz da ciddi zərər vurub. Əsəd rejiminin devrilməsi və bu istiqamətdə ona dəstək verəcək başqa qrupların da sıradan çıxması Təl-Əvivin maraqlarına uyğundur. Vəziyyətdən asılı olaraq Ankara və Təl-Əviv ortaq hərəkət edə bilər. Söhbət konkret çiyin-çiyinə döyüşməkdən getmir. Aydın məsələdir ki, Türkiyənin hazırkı proseslərdə öz maraqları var. Amma bəzən ortaq maraqlar düşmənləri belə əməkdaşlığa sövq edə bilir. Əsəd həm Təl-Əvivin, həm də Ankaranın ortaq rəqibidir. Hər iki ölkənin Suriyada marağı var. Əsədə dəstək verən istənilən qüvvə bu ikilinin rəqibi halına gəlir.

Mümkündür ki, Ankara və Təl-Əviv kəşfiyyat, ya da aviasiya hücumları kimi ortaq əməliyyatlar reallaşdırsın. Lakin bu, genişmiqyaslı yox, məhəlli əməkdaşlıq ola bilər.

Turan Rzayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri