İsrail XİN başçısı: “Tramp öz adını tarix kitablarına qızıl hərflərlə yazdı”
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Giden Saar: “ABŞ Prezidenti İranın nüvə obyektlərinə hücum etməklə azad dünyanın lideri adına layiq olduğunu sübut edib”
İsrailin xarici işlər naziri Giden Saar ABŞ-ın İrana zərbəsini dəyərləndirərək bildirib ki, bu qərarla Amerika Prezidenti Donald Tramp tarixə düşüb. AYNA.AZ xəbər verir ki, nazirin sözlərini “Nour News” yayımlayıb.
"Bu gün Tramp öz adını tarix kitablarına qızıl hərflərlə yazdı", - nazir vurğulayıb.
Saar əlavə edib ki, ABŞ Prezidenti İranın nüvə obyektlərinə hücum etməklə “azad dünyanın lideri adına layiq olduğunu sübut edib”.
Amerika lideri ABŞ Hərbi Hava Qüvvələrinin İranın Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektini vurduğunu bildirib.

“Tramp öz adını tarixə qızıl hərflərlə yazdırdı” Gideon Saar
22 İyun 2025 13:32
Milli Məclisin sədri: Ulu Öndər öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb
08 May 2025 13:46
İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir
29 İyul 2025 13:16
İranın XİN başçısı: İsrail məni öldürmək istəyirdi
27 İyul 2025 23:40

