Tramp Hörmüzə öz adını vermək niyyətindədir
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək “Tramp boğazı” adlandırmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu o. ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bəyan edib.
“Düşünürəm ki, biz onun adını “Tramp boğazı” qoyacağıq”, – deyə ABŞ Prezidenti bildirib.
Meksika körfəzinin adının “Amerika körfəzi”, Ontario gölünün adının isə “Amerika gölü” olaraq dəyişdirilməsini xatırladan Tramp, bu dəfə zarafat etmədiyini vurğulayıb.
Onun sözlərinə görə, hazırda Hörmüz boğazından yeddi ay əvvələ nisbətən daha çox neft daşınır. ABŞ Prezidenti İranla münaqişə başa çatdıqdan sonra neftin və benzinin qiymətlərinin azalacağını da vəd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzinin “Amerika körfəzi”, Ontario gölünün isə “Amerika gölü” adlandırılması ilə bağlı sərəncamlar imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 29 Oktyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















