Icma.az
close
up
RU
İsrailAzərbaycan: Yaşıl enerji və iqlim sahələrində tərəfdaşlıq AZƏRTAC

İsrailAzərbaycan: Yaşıl enerji və iqlim sahələrində tərəfdaşlıq AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 noyabr, AZƏRTAC

İsrail və Azərbaycan uzun illər davam edən güclü tərəfdaşlığa malik olmaqla yanaşı, yaşıl enerji və birgə iqlim təşəbbüsləri kimi əsas sahələrə diqqət yetirərək əməkdaşlığı genişləndirməyə davam edirlər. Müxtəlif regionlarda yerləşən, lakin ümumi maraqlar və çağırışlarla birləşən bu iki dövlət dəyişən iqlim və dayanıqlı enerji mənbələrinə keçid zərurəti qarşısında səmərəli tərəfdaşlıq nümunəsi nümayiş etdirir.

AZƏRTAC “stmegi.com” saytına istinadla xəbər verir ki, zəngin neft və qaz ehtiyatlarına baxmayaraq, Azərbaycan energetika sənayesinin şaxələndirilməsinə və bərpaolunan enerji mənbələrinin tətbiqinə böyük diqqət yetirir. Bu kontekstdə günəş enerjisi, su sistemləri və enerji səmərəliliyi sahəsində yenilikləri ilə məşhur olan İsraillə əməkdaşlıq əsas rol oynayır.

İsrailin yüksək səmərəli günəş panelləri və enerji saxlama sistemləri texnologiyaları Azərbaycanda, xüsusən də elektrik enerjisinə çıxışın məhdud olduğu kənd yerlərində uğurla tətbiq oluna bilər. İsrail şirkətləri birgə layihələrə, xüsusən də Xəzər dənizi sahilində külək enerjisi sahəsinə maraq göstərir.

İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ Bakıda keçirilən COP29 iqlim konfransı oldu. İsrail öz pavilyonunda bərpaolunan enerji, davamlı kənd təsərrüfatı və su idarəçiliyi sahələrində qabaqcıl texnologiyaları təqdim edib.

Azərbaycan İsrailin yerli şəraitə uyğunlaşdırıla bilən yenilikləri ilə tanış olmaq üçün unikal imkan əldə edib. Bu, nəinki əməkdaşlığın üfüqlərini genişləndirəcək, həm də ölkənin ekoloji modernləşdirilməsi istiqamətində mühüm addım olacaq.

Quraq regionda yerləşən İsrail Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi problemi ilə üzləşən Azərbaycan üçün faydalı olacaq su idarəçiliyində unikal təcrübə toplayıb. Suyun duzsuzlaşdırılması və sudan istifadənin optimallaşdırılması üçün İsrail texnologiyaları ölkəyə su təhlükəsizliyinə nail olmaqda kömək edə biləcək bir vasitədir.

COP29 konfransında karbon qazı emissiyalarının azaldılmasına və qabaqcıl texnologiyaların tətbiqinə böyük diqqət yetirildi. Müzakirələrin nəticələri deməyə əsas verir ki, hər iki ölkə birgə iqlim layihələrinin həyata keçirilməsində mühüm irəliləyiş əldə edə biləcək.

“Yaşıl” şəhərlərin yaradılması və kənd təsərrüfatı üçün dayanıqlı texnologiyaların inkişafı sahəsində İsrailin təcrübəsi Azərbaycan tərəfini də maraqlandırır. Bu sahə yaxın illərdə ikitərəfli əməkdaşlığın lokomotivinə çevrilə bilər.

İsrail və Azərbaycan arasında yaşıl enerji və iqlim sahəsində əməkdaşlıq potensialı çox böyükdür. Onların bir-birini tamamlayan resursları və texnologiyaları uzunmüddətli tərəfdaşlıq üçün zəmin yaradır. Qlobal ekoloji problemlərin həllinə kömək edəcək təcrübə mübadiləsini davam etdirmək və birgə layihələrə başlamaq vacibdir.

COP29 təkcə İsrail texnologiyasını nümayiş etdirmək üçün platforma deyil, həm də ölkələr arasında əlaqələrin daha da gücləndirilməsi üçün başlanğıc nöqtəsi idi. İsraillə Azərbaycan arasında əməkdaşlıq bütün region üçün uğurlu tərəfdaşlıq nümunəsinə çevrilə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri