İsraildə qədim kilsə qalıqları aşkar edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 17 mart, AZƏRTAC
İsrailin Negev səhrasındakı qədim Nessana ərazisində aparılan qazıntılar zamanı 1400 illik kilsənin qalıqları aşkarlanıb.
AZƏRTAC İsrail TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Negev Ben Qurion Universitetinin tədqiqatçıları tərəfindən Nitzana Milli Parkında aparılan araşdırmalar bu ərazinin vaxtilə xristian zəvvarlar üçün mühüm mərkəz olduğunu göstərir. Məlumata görə, kilsədən günümüzə çatan əsas miras zəngin naxışlarla bəzədilmiş mozaika döşəmədir. Qazıntılar zamanı, həmçinin hospis və hamam kompleksi də aşkar edilib.
Qeyd edilib ki, yaşayış məntəqəsi Bizans dövründə Sinay istiqamətində uzanan ziyarət marşrutunun əsas nöqtələrindən biri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 Mart 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















