İsraildən Avropaya QİSAS! İki dövlət hədəfə alındı
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa və Qərb dövlətlərinin ardıcıl olaraq Fələstini tanımaq qərarından sonra İsrail rəhbərliyindən kəskin reaksiyalar gəlib.
Globalinfo.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar ABŞ mediasına açıqlamasında iki dövlətli həll planının həyata keçirilməsinə icazə verməyəcəkləri ilə hədələyib. O bildirib ki, istəsələr, öz torpaqlarında Fələstin dövləti qura bilərlər:
“Fransa və Kanada kimi böyük ölkələr öz ərazilərində Fələstin dövləti qurmaq istəyirlərsə, buyursunlar, kifayət qədər yerləri var”.
Saar işğal altındakı Fələstin torpaqlarını İsrailə aid adlandıraraq bu ərazilərdə Fələstin dövlətinin yaradılmasının ölkəni müdafiə olunmaz sərhədlərə itələyəcəyini və İsrailin məhvinə səbəb ola biləcəyini iddia edib:
Həmçinin oxuyun:
Netanyahu bu ölkəyə səfəri zamanı həbs oluna bilər
“Belə bir addım intihar olardı”.
Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahu da mövqeyini sərtləşdirərək atəşkəs ehtimalını rədd edib və Böyük İsrail vizyonuna sadiq olduğunu bəyan edib.
Qeyd edək ki, Fələstin dövlətinin tanınması ilə bağlı artan beynəlxalq dəstəyə cavab olaraq İsrail Parlamenti 2024-cü ilin fevralında 99, iyulunda isə 68 deputatın dəstəyi ilə “Fələstinin birtərəfli tanınmasına qarşı” qətnamə qəbul edib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 Avqust 2025 02:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















