İran İsraildən “qisas almaq”dan imtina etdi Səbəb
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Tehran beynəlxalq arenada ritorikasını kəskin şəkildə dəyişib və respublikaçı Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra Vaşinqtonla münasibətlərdə gərginliyin dərəcəsini azaltmağa çalışır.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran cəmi bir neçə həftə ərzində sərt bəyanatlardan imtina edib, onları “barışıq ifadələri”lə əvəz edib:
“Bu, həm ölkə daxilində, həm də xaricdə baş verən proseslərlə bağlıdır. Tehranın öz yanaşmasına yenidən baxmaq qərarı həm də Trampın 5 noyabr seçkilərində qələbəsi ilə əlaqəlidir. İddia olunur ki, İranın siyasətinə iqtisadi böhran və Tehranın ən yaxın və mühüm hərbi müttəfiqi Hizbullahın zəifləməsi təsir edib. Bütün bu amilləri nəzərə alan İran da Trampın yeni administrasiyası ilə münasibətləri gərginləşdirməmək üçün İsraildən qisas almaqdan daşınmağa qərar verib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 29 Noyabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















