Icma.az
close
up
RU
İsraildən “beyin axını” artıb

İsraildən “beyin axını” artıb

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Siyasi qeyri-sabitlik, cəmiyyətdə dərinləşən qütbləşmə və təhlükəsizlik narahatlıqlarının artdığı İsraildə son illərdə ölkəni tərk edənlərin sayının geri qayıdan israillilərin sayını xeyli üstələdiyi bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, İsrail Parlamentinin Araşdırma və İnformasiya Mərkəzi tərəfindən hazırlanan geniş hesabat ölkənin ciddi “beyin axını” problemi ilə üzləşdiyini ortaya qoyub.

Qeyd olunur ki, 2022-ci ildən etibarən İsraili tərk edənlərin təxminən yarısını 20-44 yaş aralığındakı gənc və əmək qabiliyyətli şəxslər təşkil edir.

Bu yaş qrupunun ümumi əhali içərisində payının nisbətən aşağı olmasına baxmayaraq, ölkəni tərk edənlərin təxminən yarısını təşkil etməsi istehsal və əmək bazarı üçün potensial təhlükə kimi qiymətləndirilir.

İsrail iqtisadiyyatının əsas sütunlarından hesab edilən texnologiya və innovasiya sektorlarında çalışan yüksək ixtisaslı mütəxəssislərin xaricə üz tutması hesabatda “struktur təhlükə” kimi xarakterizə olunub.

Məlumata görə, xaricə köçən israillilərin 3,7 faizi doktorantura səviyyəsində təhsilə malikdir. Halbuki bu göstərici ümumi əhali arasında cəmi 0,8 faiz təşkil edir.

Bildirilir ki, kompüter elmləri üzrə doktorantura təhsili alanların 22 faizi, riyaziyyat üzrə doktorantların 25 faizi, genetika sahəsində ixtisaslaşanların 19 faizi və fizika üzrə mütəxəssislərin 17 faizi son illərdə xaricə köçməyi seçib.

İsrail Mərkəzi Statistika Bürosunun məlumatlarına görə, 2021-ci ilə qədər hər il orta hesabla 40 min 500 nəfər ölkəni tərk edirdisə, bu rəqəm 2022-ci ildə 59 min 400 nəfərə yüksəlib.
Siyasi böhranların dərinləşdiyi 2023-cü ildə isə xaricə köç edənlərin sayı 82 min 800 nəfərə çataraq rekord səviyyəyə yüksəlib.

2024-cü ildə bu göstərici müəyyən qədər azalaraq 69 min 500 nəfər olsa da, pandemiyadan əvvəlki orta göstəricilərdən xeyli yüksək olaraq qalır.Digər tərəfdən, xaricdə yaşayan israillilərin ölkəyə geri qayıtmaq meyili də zəifləyib.

Əvvəlki illərdə illik orta hesabla 24 min 450 nəfər İsrailə qayıdırdısa, 2024-cü ildə bu rəqəm 18 min 800 nəfərə enib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see279

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see251

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see216

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see207

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see204

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see201

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see199

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see199

Şirvanda partlayış necə baş verdi? FOTO

19 İyul 2026 01:21see192

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see192

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see189

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see188

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see180

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see179

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see178

DÇ 2026: İngiltərə Fransaya qalib gəlir Canlı

19 İyul 2026 01:16see173

DÇ 2026: 10 qol vuruldu, İngiltərə 60 il sonra medal qazandı

19 İyul 2026 03:30see170

Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: Təhlükəsizlik sızması olmuşdu

19 İyul 2026 19:02see164

Niyə bəziləri işdən evə getməyə tələsmir?

19 İyul 2026 06:05see162

Trampın masasında şok sənəd GİZLİ DETALLAR KONKRET

20 İyul 2026 00:02see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri