Icma.az
close
up
RU
“Beyin axını problemi niyə dərinləşir?

“Beyin axını problemi niyə dərinləşir?

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son illər müşahidə olunan mühüm tendensiyalardan biri də yüksək bal toplayan və akademik potensialı yüksək olan gənclərin xarici ölkələrdə təhsil almağa üstünlük verməsidir. Bu hal bir tərəfdən fərdi inkişaf baxımından müsbət qiymətləndirilsə də, digər tərəfdən, ölkənin intellektual potensialının zəifləməsinə səbəb olur. Savadlı və bacarıqlı gənclər təhsil aldıqları ölkələrdə qalıb işləməyi seçdikdə, ölkədə "beyin axını" problemi daha da dərinləşir”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bunu 525.az-a bildirib. O qeyd edib ki, gənclərin xaricdə təhsilə üstünlük verməsinin bir neçə əsas səbəbi var:

“Əvvəla, bir çoxları daha yüksək keyfiyyətli təhsil almaq istəyir. Dünyanın aparıcı universitetləri tələbələrə yalnız nəzəri bilik deyil, həm də güclü praktik imkanlar, tədqiqat şəraiti və geniş beynəlxalq əlaqələr təklif edir. Təəssüf ki, bir çox yerli universitetlər bu imkanlarla rəqabət apara bilmir. İkinci əsas səbəb isə sosial-iqtisadi şəraitlə bağlıdır. Gənclər gələcəkdə öz peşə biliklərini daha yaxşı dəyərləndirə biləcəkləri, əmək bazarının daha ədalətli və şəffaf olduğu ölkələrdə yaşamaq və işləmək istəyirlər. Bu isə nəticə etibarilə onların təhsildən sonra geri qayıtmaq əvəzinə, xaricdə qalmaq qərarı ilə nəticələnir. Bu proses uzunmüddətli perspektivdə ölkənin inkişafına mənfi təsir göstərir. Çünki təhsilli və ixtisaslı kadrlar ölkədən getdikcə, cəmiyyətin innovativ potensialı zəifləyir, yeni ideyaların və texnologiyaların tətbiqi ləngiyir. Ən əsası isə ölkənin gələcəyini quracaq gənc beyinlər başqa cəmiyyətlərə xidmət etməyə başlayır: “Vətən üçün çalışan savadlı beyinlər hər bir ölkənin ən dəyərli sərvətidir və bu sərvətin qorunması hər kəsin - dövlətin, cəmiyyətin və təhsil sisteminin - prioritet vəzifəsi olmalıdır”.

Sevinc QARAYEVA
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri