İsraildən uçan təyyarədə bomba həyəcanı təcili eniş etdi
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Təl-Əviv şəhərindən Avstriyanın paytaxtı Vyanaya uçan Austrian Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə bomba olması ilə bağlı təhdid səbəbindən Bolqarıstanın paytaxtı Sofiyada məcburi eniş edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 18-i axşam saatlarında baş verib. Təyyarənin göyərtəsində partlayıcı qurğunun ola biləcəyi barədə anonim məlumat daxil olduqdan sonra uçuşun marşrutu dəyişdirilərək təyyarə Sofiya hava limanına yönləndirilib.
Sərnişinlərin sözlərinə görə, onlara göyərtədə bomba olması ilə bağlı anonim xəbərdarlıq daxil olduğu bildirilib.
Təyyarənin yoxlanılması zamanı şübhəli əşyanın aşkar edilib-edilmədiyi və reysin sonrakı taleyi barədə rəsmi məlumat hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, ötən həftə ABŞ-nin Delta aviaşirkətinə məxsus və İsrailin Ben Qurion hava limanına gələn təyyarə ilə bağlı da bomba təhdidi daxil olmuşdu. Həmin vaxt sərnişinlər təxliyə edilib və təyyarə yoxlama üçün xüsusi təcrid olunmuş əraziyə aparılmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:122
Bu xəbər 18 Oktyabr 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















