İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib.
Bu barədə Bolqarıstanın “Nova” telekanalı məlumat yayıb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomir Nikolov bildirib ki, həmin təyyarə hazırda mümkün partlayıcı qurğuların aşkar edilməsi məqsədilə yoxlanılır.
“Bu gün müxtəlif müəssisələrə, eləcə də bir müddət əvvəl Sofiya hava limanına enən təyyarəyə qarşı partlayış təhdidləri daxil olub. Hazırda təyyarədə mümkün partlayıcı qurğuların olub-olmadığı yoxlanılır”, – o bildirib.
Nikolovun sözlərinə görə, hüquq-mühafizə orqanları ölkənin müxtəlif ərazilərində yerləşən obyektlərə qarşı elektron poçt vasitəsilə və digər kanallarla daxil olan bomba təhdidlərini də araşdırır.
Hadisə ilə bağlı araşdırma davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















