İsrailə qarşı əməliyyat hazırlayan SEPAH rəsmisi ifşa edildi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa və Avstraliyada yəhudilərə qarşı uğursuz hücum əməliyyatlarını İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli məmuru olan Sərdar Əmmar planlaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə MOSSAD-ın yaydığı bəyanatda deyilib.
Bəyanata görə, son bir il ərzində Almaniya, Yunanıstan və Avstraliyada hücum cəhdlərinin qarşısı adı çəkilən ölkələrin təhlükəsizlik xidmətləri ilə MOSSAD-ın birgə əməkdaşlığı nəticəsində alınıb:
“Əmmarın komandanlığı altında həm İsrail daxilində, həm də xaricində İsrail və yəhudi hədəflərinə qarşı hücumlar təşkil etmək üçün geniş bir mexanizm yaradılıb. Bu mexanizm keçən il Yunanıstan, Avstraliya və Almaniyada aşkar edilmiş hücum cəhdlərinə görə birbaşa məsuliyyət daşıyır və onun təkrarlanan uğursuzluqları şəbəkənin ifşa edilməsinə səbəb olub. Şəbəkə qeyri-iranlıları cəlb edib, cinayətkar dəstələrdən istifadə edib və İranın rolunu gizlətmək üçün üzvləri arasında məxfiliyə və ciddi vəzifə bölgüsünə diqqət yetirib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 27 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















