Sinqapurda əməliyyat İsrailə qarşı təxribat hazırlayan şəxslər saxlanıldı
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Sinqapur Daxili Təhlükəsizlik Departamenti ölkə daxilində və Yaxın Şərqdə İsrailə qarşı təxribat hazırlayan üç radikalın saxlanıldığını bildirib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu şəxslər ötən ilin noyabrında saxlanılsalar da, hakimiyyət bu gün bu barədə məlumat verib.
Saxlanılanların bir-biri ilə əlaqəsi yoxdur və internet vasitəsilə cəlb ediliblər.
Onlardan biri rəqəmsal marketinq şirkətinin direktoru, digərləri lift mexaniki və mühafizəçidir.
Məlumata görə, bu şəxslər "İsrailə qarşı mübarizə aparmaq" üçün Yaxın Şərqə getməyi planlaşdırıblar.
Saxlanılanlardan biri İran xüsusi xidmət orqanlarına tabe olduğunu və "belə bir tapşırıq alacağı təqdirdə Sinqapurda müxtəlif təxribatlar törədə biləcəyini" bildirib. Lakin onun konkret hücum planları olmayıb.
Departament nümayəndəsinin sözlərinə görə, İsraillə HƏMAS arasında müharibənin başlanmasından bəri Sinqapurda saxlanılan radikalların sayı beşə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















