Icma.az
close
up
RU
İsrailin ələ keçirdiyi gəmidə 2 türk var Türkiyədən sərt reaksiya

İsrailin ələ keçirdiyi gəmidə 2 türk var Türkiyədən sərt reaksiya

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İsrail Hərbi Dəniz Qüvvələrinin beynəlxalq sularda ələ keçirdiyi "Madleen" adlı yardım gəmisində iki Türkiyə vətəndaşının olduğu məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə "Freedom Flotilla Coalition" (Azadlıq Donanması Koalisiyası) təşkilatı açıqlama yayıb.

Məlumata görə, saxlanılan Türkiyə vətəndaşlarının vəziyyəti sabitdir və İsrail rəsmiləri onların ölkələrinə deportasiya ediləcəyini bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma apardığını və vətəndaşların hüquqlarının qorunacağını açıqlayıb.

Qeyd edək ki, sözügedən “Madleen” gəmisi iyunun 1-də İtaliyanın Kataniya limanından Qəzza zolağına doğru yola düşüb. Gəmi Norveçdə qeydiyyatdan keçmiş olsa da, ekipajında müxtəlif ölkələrdən 12 nəfər insan haqları fəalı olub. Onlar arasında iqlim fəalı Greta Tunberq, Fransa Avropa Parlamentinin üzvü Rima Hassan və digər beynəlxalq tanınan simalar da var.

Gəmi əsasən, Qəzzada aclıq və dərman çatışmazlığından əziyyət çəkən əhaliyə yardım məqsədilə – süd tozu, tibbi ləvazimat və ərzaq məhsulları daşıyırmış. Lakin İsrail tərəfi bu səfəri “blokadanın pozulması cəhdi” kimi qiymətləndirərək iyunun 8-də gəmini beynəlxalq sularda ələ keçirib və Aşdod limanına yönləndirib.

İsrail Müdafiə Nazirliyi baş verənləri qanuni müdaxilə adlandırsa da, bir çox beynəlxalq təşkilat və ölkələr bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

Ən kəskin reaksiyalardan biri isə Türkiyədən gəlib. Ankara məsələ ilə bağlı

İsrailin hərəkətlərini qınayıb, beynəlxalq hüququn pozulduğunu, vətəndaşlarının hüquqlarının təhlükə altında olduğunu vurğulayıb.

Hazırda gəmidəki digər fəallar da saxlanılıb və onlarla bağlı diplomatik kanallar vasitəsilə danışıqlar aparılır.

Aysel,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri