Türkiyədən İsrailin Suriya ərazisinə daxil olmasına sərt REAKSİYA
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Türkiyə İsrailin Suriya ərazisinə daxil olmasını şiddətlə qınayır.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir:
“İsrailin 1974-cü ildə imzalanmış Silahlı Qoşunların Çıxarılması Müqaviləsini pozaraq İsrail və Suriya arasındakı ayırma zonasına daxil olmasını və Suriya ərazisində irəliləməsini şiddətlə qınayırıq”.
Qeyd olunub ki, “Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olmaq imkanının ortaya çıxdığı bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir”.
“Biz Suriyanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə dəstəyimizi qətiyyətlə təkrar edirik”, - bəyanatda vurğulanıb.

İsrailin Suriya ərazisinə girməsinə Colanidən reaksiya
15 Dekabr 2024 19:40
BMTdən İsrailin Suriya ərazisinə girməsinə reaksiya: Bu işğal razılaşmanı pozur
10 Dekabr 2024 16:15
İsrailin Dəməşqə hücumuna Türkiyədən ilk REAKSİYA
16 İyul 2025 17:54
İsrailin Qəzzanın işğalı qərarına Türkiyədən reaksiya
08 Avqust 2025 13:42
Türkiyə İsrailin Suriya ərazisinə daxil olmasını qınayır
10 Dekabr 2024 15:11

