Icma.az
close
up
RU
Türkiyə və İsrailin qarşı qarşıya gəlməsini Azərbaycan üçün əlverişli deyil Politoloq

Türkiyə və İsrailin qarşı qarşıya gəlməsini Azərbaycan üçün əlverişli deyil Politoloq

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İkinci  razılaşmanın imzalanması Bakının Ankara və Tel-Əviv arasında diplomatik fəaliyyətini davam etdirdiyini göstərir


İsrail və Türkiyə Suriyada hərbi fəaliyyətlərə dair prinsipial razılığa gəliblər. Bu barədə məlumatı İsrailin “Israel Hayom” nəşri yayıb. Məlumata əsasən, razılaşma Azərbaycanda bir neçə həftə ərzində aparılmış danışıqların nəticəsində əldə olunub və iki ölkənin orduları arasında hərbi toqquşmaların qarşısının alınmasına yönəlib. Tərəflər Suriyada İsrail və Türkiyə qüvvələri arasında qarşıdurma riskini minimuma endirəcək prinsiplər üzərində razılığa gəliblər. Bundan əlavə, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında koordinasiya və insidentlərin qarşısını almaq məqsədilə “qaynar xətt” yaradıblar. 

Qeyd edək ki, Türkiyə və İsrail rəsmiləri Suriya ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün aprel ayından bəri Bakıda görüşürlər. “Middle East Eye” tezliklə Azərbaycanda İsrail və Türkiyə arasında danışıqların beşinci raundunun keçiriləciyini bildirib.


Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, regionda Türkiyə və İsrail arasında qarşıdurma risqləri mövcuddur:


“Tərəflərin kəsişən geostratejik maraqları, regional dəyişən siyasi konfiqurasiyalar iki ölkə arasında vaxtaşırı gərginliklərin yaranmasına gətirib çıxarır. Azərbaycanın vasitəçiliyi ilə tərəflər arasında mühüm razılaşma əldə olundu. İkinci bir razılaşmanın imzalanması rəsmi Bakının Ankara və Tel-Əviv arasında diplomatik fəaliyyətini davam etdirdiyini göstərir. Azərbaycan maksimum dərəcədə çalışır ki, iki ölkə arasında regional problemlər həll olunsun. Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir, İsrail isə strateji tərəfdaşıdır. Türkiyə və İsrailin  qarşı-qarşıya gəlməsini Azərbaycan üçün əlverişli deyil. Azərbaycan belə bir qarşıdurmada tərəf tutacaq vəziyyətə gəlməmək üçün bunun qarşısını əvvəlcədən alır. Suriyada tərəfləri qarşılaşdıracaq faktorlar var. Məsələn, Türkiyə İsrailin Suriyanın ərazi bütövlüyünü pozmasından və müəyyən əraziləri işğal etmək niyyətindən narahatdır. Eyni zamanda, Suriyadakı etnik və dini azlıqların siyasi əməllərdə istifadə olunması məsələsi Suriyanın mövcud hakimiyyətinə təhdiddir və ərazi bütövlüyü baxımından risqdir. İsrail tərəfi isə Türkiyənin Suriyaya tam hakim olaraq siyasi nüfuzunu genişləndirməsindən ehtiyat edir. Digər tərəfdən güclü Suriya İsrailin regional maraqları üçün təhdid yaradır. Azərbaycan prinsipial məsələlər üzərində regional faktorlara əsaslanaraq razılıq əldə edilməsinə nail olub. Lakin bu bütövlükdə Türkiyə İsrail arasında gərginliyin bitməsi mənasına gəlmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri