İsrailin hücumları nəticəsində bir gündə 15 nəfər həlak olub
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail ordusunun noyabrın 2-də Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub, daha 38 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Xan Yunis şəhəri və ətrafındakı məcburi köçkün düşərgələrinin atəşə tutulması nəticəsində həlak olan 11 nəfərin meyiti xəstəxanalara çatdırılıb. Daha 4 nəfər isə Qəzza şəhərinin cənub-qərbində yerləşən Hey Zeytun məhəlləsində İsrail qüvvələrinin atəşi nəticəsində ölüb.
Nazirliyin məlumatına əsasən, 2025-ci il oktyabrın 11-də qüvvəyə minən atəşkəsdən bəri İsrailin hava və artilleriya hücumları nəticəsində 1593 fələstinli həlak olub, 5748 nəfər yaralanıb.
Məlumatda həmçinin bildirilib ki, 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında münaqişənin kəskinləşməsi nəticəsində ölənlərin ümumi sayı 74609-a, yaralıların sayı isə 176018-ə çatıb.
Baxış sayı:120
Bu xəbər 03 Noyabr 2026 05:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















