İsrailin İordaniyadakı səfirliyi yaxınlığında atışma olub, polis yaralanıb
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
İordaniyada silahlı şəxs İsrail səfirliyi yaxınlığında atəş açıb. Hadisə nəticəsində 3 polis yaralanıb, hücum edənin özü isə güllələnib. Bu barədə “Reuters” xəbər verir.
Bazar günü İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyi yaxınlığında baş verən atışmadan sonra hüquq-mühafizə orqanları və təcili yardım maşınları hadisə yerinə gəlib. Bu, Rabia ərazisində baş verib.
Təhlükəsizlik mənbəsi Qərb mediasına bildirib ki, polis təhlükəsizlik işçiləri cinayətkarları axtararkən sakinləri evdə qalmağa çağırıb. Şahidlərin sözlərinə görə, İordaniya polisi İsrail səfirliyinin yaxınlığındakı ərazini mühasirəyə alıb. Daha sonra təhlükəsizlik mənbəsi Reuters agentliyinə bildirib ki, atışma hadisəsindən sonra silahlı şəxs güllələnib, üç polis əməkdaşı yaralanıb.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Noyabr 2024 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















