İsrailin İordaniyadakı Səfirliyi yaxınlığında atəş açan şəxs zərərsizləşdirilib, yaralılar var YENİLƏNİB
Icma.az bildirir, Report.az portalına istinadən.
İsrailin İordaniyadakı səfirliyi yaxınlığında atışma törədən şəxs zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Mənbə bildirib ki, hadisə zamanı səfirliyin 3 təhlükəsizlik işçisi yaralanıb. Diplomatik nümayəndəliyin yerləşdiyi ərazidə vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, Ammanda səfirlik yaxınlığında atışma ilə bağlı məlumat noyabrın 24-nə keçən gecə yayılıb. Polis və təcili yardım maşınlarının Rabiya rayonuna cəlb olunduğu bildirilib.
05:21
İsrailin İordaniyanın paytaxtı Ammandakı səfirliyi yaxınlığında atışma baş verib.
“Report”un xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, ətraf küçələr təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən bağlanıb. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.
Telekanal İordaniya mətbuatına istinadən xəbər verir ki, hakimiyyət orqanları sakinlərə evdə qalmaq və bütün pəncərələri bağlamaq barədə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Noyabr 2024 06:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















