Icma.az
close
up
RU
İsrailin İrana endirdiyi zərbələr qlobal bazarları sarsıdıb Son vəziyyət

İsrailin İrana endirdiyi zərbələr qlobal bazarları sarsıdıb Son vəziyyət

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


İsrailin İrana qarşı endirdiyi silsilə aviazərbələr nəticəsində neft qiymətləri 13% bahalaşıb.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, bu hadisə Yaxın Şərqdə genişmiqyaslı müharibə ehtimalını artırıb.
Brent markalı neftin bir bareli 78 dolları keçərək 2022-ci ilin martından bəri ən böyük gündəlik artımını göstərib. Sonradan qiymət 75 dollara qədər geriləsə də, bu sıçrayış qlobal bazarda təşviş yaradıb.
Təhlükəsizlik axtaran investorlar qızılı sığınacaq kimi görərək onun qiymətini rekord səviyyəyə – bir unsiyası üçün 3500 dollara qədər yüksəldib. İsrailin Baş naziri Benyamin Netanyahu zərbələrin İranın nüvə proqramına yönəldiyini bildirərək hücumların davam edəcəyini açıqlayıb. İran isə sərt cavab verəcəyini bəyan edib.
Enerji bazarında qeyri-müəyyənlik artıb. Bu geosiyasi risklər bazarda neft tədarükünün pozulması ehtimalını artırır. “JPMorgan Chase” isə xəbərdarlıq edib ki, böhran dərinləşərsə, neftin qiyməti bir barel üçün 130 dollara çata bilər.
İran televiziyası Təbriz yaxınlığında tüstü müşahidə olunduğunu desə də, rəsmi qurumlar neft obyektlərinin zərər görmədiyini açıqlayıblar. Hörmüz boğazının mümkün blokadası ilə bağlı ehtimallar isə bazarda təşvişi daha da artırır. Bu boğaz dünya neft ticarətinin təxminən 25%-nin keçdiyi əsas strateji marşrutdur.
Beynəlxalq siyasətdə də gərginlik artır. ABŞ-İran arasında planlaşdırılan nüvə danışıqları qeyri-müəyyən vəziyyətə düşüb. ABŞ-nin İsraildəki səfirlik əməkdaşlarının bir hissəsinin təxliyə olunması, vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see196

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri