Icma.az
close
up
RU
İsrailin İranı Xəzərdə vurmasının pərdəarxası Azərbaycan detalı

İsrailin İranı Xəzərdə vurmasının pərdəarxası Azərbaycan detalı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Qərb mediasında açıq yazılan yeni strategiya

Xəzər dənizi uzun illər geopolitik baxımdan sakit və qapalı məkan kimi təqdim olunurdu. Lakin son hadisələr göstərir ki, bu status artıq dəyişir. Region tədricən yeni güc qarşıdurmasının səhnəsinə çevrilir və bu dəyişimi artıq Qərb mediası açıq şəkildə yazmağa başlayıb.

ABŞ-da fəaliyyət göstərən və dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış “The Maritime Executive” platformasında yayımlanan
“Israel Protects Azerbaijan With Strike on Iran’s Caspian Fleet” (“İsrail İranın Xəzər donanmasına zərbə ilə Azərbaycanı qoruyur”) adlı məqalə bu baxımdan xüsusi diqqət çəkir. Məqalə sadəcə bir hərbi hadisəni təsvir etmir, əksinə regionda formalaşan yeni təhlükəsizlik arxitekturasının konturlarını ortaya qoyur.

Ən diqqət çəkən məqam isə müəllifin irəli sürdüyü əsas tezisdir. Məqalədə açıq şəkildə qeyd olunur ki, İsrailin Xəzərdə həyata keçirdiyi zərbənin motivi birbaşa İsrailin öz təhlükəsizliyi ilə bağlı deyil. Əksinə, bu addım daha geniş strateji məqsədlərə xidmət edir: “The national security imperative which prompted the Israeli attack is much more likely to have been the support and protection of Azerbaijan.” (İsrail hücumunu şərtləndirən milli təhlükəsizlik imperativi çox böyük ehtimalla Azərbaycanın dəstəklənməsi və qorunması ilə bağlı idi.)

Bu cümlə regiondakı yeni reallığı açıq şəkildə ifadə edir. Bu, artıq klassik hərbi əməliyyat deyil. Bu, müttəfiqin təhlükəsizliyinin qorunması üçün həyata keçirilən dolayı müdaxilədir.

Məqalədə qeyd olunan digər mühüm məqam isə İsrail ilə Azərbaycan arasında mövcud olan münasibətlərin mahiyyətidir:
“Israel has a secretive defense cooperation agreement with Azerbaijan…” (İsrail ilə Azərbaycan arasında gizli müdafiə əməkdaşlığı mövcuddur…)

Bu ifadə göstərir ki, münasibətlər artıq diplomatik çərçivədən çıxaraq real hərbi-strateji müstəviyə keçib. Bu, artıq sadəcə tərəfdaşlıq deyil, təhlükəsizlik sahəsində koordinasiyalı fəaliyyət deməkdir.

Hadisələrin kontekstinə nəzər saldıqda bu yanaşma daha da aydın olur. İranın son dövrlərdə Azərbaycana qarşı sərgilədiyi sərt mövqe, xüsusilə Naxçıvana qarşı həyata keçirilən dron hücumu regionda gərginliyi kəskin şəkildə artırıb. Bu şəraitdə İsrailin addımı reaksiya yox, qabaqlayıcı strategiya kimi görünür: “The Israeli attack may have been intended to remove the Iranian capability to further threaten Azerbaijan.” (İsrail hücumu İranın Azərbaycana qarşı gələcək təhdid imkanlarını aradan qaldırmaq məqsədi daşıyırdı.)

Bu isə artıq yeni mərhələnin göstəricisidir. Dövlətlər yalnız öz ərazilərini yox, müttəfiqlərinin təhlükəsizlik mühitini də qorumağa başlayır.

Bu zərbənin nəticələri isə yalnız hərbi müstəvi ilə məhdudlaşmır. Məqalədə qeyd olunur ki, İranın Xəzərdəki hərbi imkanlarının zəiflədilməsi Azərbaycanın mövqeyini gücləndirir və regionda yeni balans yaradır: “To enable the now-dominant Azeri navy… to close down the Iranian-Russian sea channel.” (Artıq üstün mövqeyə keçən Azərbaycan donanmasına İran-Rusiya dəniz xəttini bağlamaq imkanı yaratmaq üçün.)

Bu isə artıq enerji, logistika və geopolitik nəzarət məsələsidir. Xəzər üzərindən keçən marşrutların taleyi yalnız regional deyil, qlobal təsirə malikdir.

Məhz bu səbəbdən bu məqalə təkcə bir hadisənin şərhi kimi yox, daha geniş strategiyanın ifadəsi kimi oxunmalıdır. Qərb mediasında getdikcə daha açıq şəkildə formalaşan yanaşma budur ki, Azərbaycan artıq regionun passiv elementi deyil. O, yeni təhlükəsizlik sistemində aktiv və həlledici aktora çevrilir.

Nəticə isə sadədir. Əgər bu fikirlər artıq açıq şəkildə yazılırsa, deməli, bu proseslər artıq plan mərhələsini keçib. Xəzər artıq sadəcə coğrafiya deyil. Bu, yeni geopolitik cəbhədir.

Elbəyi Həsənli. Sürix

https://maritime-executive.com/article/israel-protects-azerbaijan-with-strike-on-iran-s-caspian-fleet 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Mart 2026 01:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri