İsrailin Livana hücumundan indiyədək nə qədər insan ölüb?
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İsrailin Livana hücumları başlayandan bəri ölənlərin sayı 3 min (3243) nəfəri keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin Fövqəladə Hallar Mərkəzinin bəyanatında deyilir.
Məlumata görə, hücumlar başlayandan indiyədək yaralıların sayı 14134 nəfərə çatıb.
Bildirilir ki, son 24 saat ərzində İsrailin Livanın müxtəlif bölgələrini bombalaması nəticəsində 54 nəfər ölüb, 56 dinc sakin yaralanıb.
Xatırladaq ki, oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir. Hücumlar nəticəsində bir milyondan çox insan qaçqın vəziyyətinə düşüb.
Müşviq Tofiqoğlu
Globalinfo.az

İsrailin Livana hücumları nəticəsində 13 nəfər ölüb
26 Noyabr 2024 14:52
İsrailin Livana hücumu nəticəsində 13 nəfər ölüb
26 Noyabr 2024 16:34
İsrailin Livana hücumu nəticəsində 9 nəfər ölüb
03 Dekabr 2024 11:07
İsrailin Livana endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb
21 Noyabr 2024 00:55
İsrailin Qəzzaya hücumunda nə qədər insan ölüb? ŞOK RƏQƏMLƏR KONKRET
24 Mart 2025 18:21

