Icma.az
close
up
RU
İsrailin miqrasiya axını rekord qırır: Ən çox köç Təl Əvivdəndir

İsrailin miqrasiya axını rekord qırır: Ən çox köç Təl Əvivdəndir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsraildən gedənlərin sayı tarixi həddə çatıb.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Statistika Bürosunun məlumatlarına görə, 2024-cü ildə ölkəni tərk edənlərin sayı 78 minə çatıb – bu, son illər ərzində ən yüksək göstəricidir.

Təl-Əviv bu göstərici ilə liderliyini qoruyur: burada yaşayanların 14%-i xaricə gedib. Əksinə, Yerusəlimdə vəziyyət fərqlidir – buradan yalnız 6,3% miqrant gedib, halbuki bu şəhərin əhalisi daha çoxdur.

Miqrasiyanın artması yalnız sosial-iqtisadi qeyri-sabitlik və müharibə ilə bağlı deyil, həm də sayım metodologiyasının dəyişməsi ilə əlaqədardır. İndi "gedənlər" kateqoriyasına, ildə 275 gün və ya daha çox xaricdə yaşayanlar da daxil edilir, bu da onların artıq rəsmi olaraq miqrant sayılmasına səbəb olur. Beləliklə, insan faktiki olaraq ölkədən ayrıldıqdan bir il sonra miqrant kimi qəbul edilir.

Miqrasiyanın artması 2023-cü ildən başlayıb, o zaman gedənlərin sayı 37 min nəfərdən 56 minə yüksəlib. Bu dövrün əsas səbəbi Rusiya və Ukraynadan olan köçkünlər idi, onlar İsrail vətəndaşlığından istifadə edərək digər ölkələrə getmək üçün tranzit mərhələsi kimi İsraili seçmişdilər. Keçmiş SSRİ-nin vətəndaşlarının payı 47%-ə çatıb, İsraildə doğulanların sayı isə 39%-ə enib. Bununla yanaşı, hətta İsraildə doğulmuşlar arasında da miqrasiyanın artması müşahidə olunub: 2022-ci ildə 19 min, 2024-cü ildə isə 30 min nəfər.

Miqrasiyanın coğrafiyası da dəyişib. On il əvvəl Təl-Əvivdən gedənlər 11,2% təşkil edirdisə, bu gün bu göstərici 14%-ə çatıb. Xayfada isə bu rəqəm 4,7%-dən 7,7%-ə yüksəlib. Yerusəlim isə əks tendensiyanı nümayiş etdirir: 2014-cü ildə 10,6%, bu gün isə 6,3%-dir. Netanyada da miqrasiya artıb (3,3%-dən 6,9%-ə), Bat-Yamda isə 2,6%-dən 3,9%-ə yüksəlib. Əhali sayına nisbətdə Netanyadan gedənlər Yerusəlimdən daha çoxdur.

Bununla belə, İsraildə geri qayıdanların payı sabit qalıb. Repatrantlar arasında da ən çox Təl-Əviv liderdir (10%), ardınca Yerusəlim (9,4%) gəlir. Miqrantların əksəriyyəti yəhudi və qeyri-dini qruplardandır (94%), onlardan 60%-nin ali təhsili var.

Analitiklər qeyd edir ki, ölkəni ən çox tərk edənlər, əsasən, mərkəzi ərazilərdə yaşayan, varlı və təhsilli insanlardır. Bu isə İsrailin gələcək demoqrafik və iqtisadi balansı ilə bağlı narahatlıqları artırır. Yalnız 2025-ci ilin payızında müharibənin aktiv fazasının bitməsindən sonra bu tendensiyanın dəyişib-dəyişmədiyi aydın olacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri