Icma.az
close
up
RU
İsrailin müdafiə naziri: İsrail ordusu əməliyyatları davam etdirəcək

İsrailin müdafiə naziri: İsrail ordusu əməliyyatları davam etdirəcək

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail ordusu İranın nüvə proqramını pozmağa yönəlmiş əməliyyatlarını davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu yəhudi dövlətinin müdafiə naziri İsrael Kats İsrailin İrana hava zərbələrinin birinci dalğasından sonra deyib.

"İsrail Müdafiə Qüvvələri İranın nüvə proqramını pozmağa və İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmağa yönəlmiş əməliyyatlarını davam etdirəcək. İran təcavüzkar fəaliyyətini davam etdirdiyi müddətcə getdikcə daha yüksək cavab alacaq", - deyə nazir Ynet portalına deyib.

Qeyd edək ki, iyunun 13-ü gecə saat 3-də İsrail İrana hücuma keçib. İsrail Hərbi Hava Qüvvələri Natanz və Fordoda uranın zənginləşdirilməsi obyektlərinə, Kirmanşah və Xürrəmabaddakı raket bazalarına, həmçinin Tehran, İsfahan, Təbriz və İranın digər iri şəhərlərinə zərbələr endirib.

Hədəflər İran Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi, həmçinin nüvə proqramı üzərində çalışan alimlər olub. İslam Respublikasının mənəvi rəhbərliyinin çoxlu nümayəndələrinin yaşadığı Qum şəhərinə də zərbələr endirilib.

Zərbələr nəticəsində aşağıdakılar həlak olub: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami, Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Mərkəzi Qərargahının komandanı Qulaməli Rəşid və onun oğlu, həmçinin Tehran alimi Mohamed Bageri.

Məlumata görə, Ayətullah Xameneinin əmri ilə admiral Həbibullah Səyyari İran Silahlı Qüvvələri Baş Qərargahının müvəqqəti komandiri təyin edilib. General Vahidi SEPAH-ın komandanı təyin edilib.

ABŞ prezidenti Donald Tramp İsrailin İslam Respublikasına zərbələr endirməsinə baxmayaraq, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqların davam edəcəyinə ümid etdiyini bildirib. O, bu barədə "Fox News" jurnalistlərinə müsahibəsində bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 13 İyun 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see236

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see190

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see150

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see148

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see131

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri