Icma.az
close
up
RU
İsrailin son həmlələri İranda nüvə silahı zərurətinin dərk olunmasına gətirib çıxara bilər

İsrailin son həmlələri İranda nüvə silahı zərurətinin dərk olunmasına gətirib çıxara bilər

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"İsrail və İran arasında atəşkəs elan olundu. İsrailin Baş naziri də bunu rəsmən təsdiqlədi. Atəşkəs əldə olunub və görünür ki, ABŞ-nin də burada vasitəçiliyi olub. Sadəcə, münaqişənin bitdiyini mən düşünmürəm. Münaqişə atəşkəslə yekunlaşmır. İran-İsrail arasındakı eskalasiya onu göstərir ki, bu dövlətlər arasında yenidən gərginlik yarana bilər. Bu, gələcək zamanda da ola bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sultan Şahidov İran və İsrail arasında baş tutan atəşkəslə bağlı danışarkən bildirdi.

"Bir neçə gün ərzində tərəflərdən biri atəşkəsi pozarsa, qarşılıqlı şəkildə tərəflər bir-birinə zərbələr endirməyə davam edəcək.

Məsələ burasındadır ki, münaqişənin əsas səbəbləri aradan qalxmayıb. İsrail İranın nüvə obyektlərini ABŞ-nin köməyi ilə müəyyən qədər zərərsizləşdirdi. Amma bu, İranın nüvə proqramını dayandırması anlamına gəlmir. Düşünürəm ki, İsrailin son həmlələri əksinə, İranda nüvə silahı zərurətinin dərk olunmasına gətirib çıxara bilər. İran bundan sonra nüvə silahı əldə etmək üçün addımlar ata bilər.

Bildiyimiz kimi, nüvə silahı çəkindirici gücə malikdir. İran belə düşünə bilər ki, nüvə silahına malik olması İrana qarşı mümkün hücumlardan çəkindirəcəkdir. Ona görə də bu, müvəqqəti atəşkəs ola bilər, amma bu, gələcəkdə münaqişənin baş verməyəcəyi anlamına gəlmir.

Mən düşünürəm ki, ABŞ tərəfi hər iki tərəfə atəşkəslə bağlı təzyiqlər edəcək. Düşünmürəm ki, İran atəşkəsi davamlı şəkildə pozsun. Çünki İranın buna gücü çatmayacaq",- deyə Sultan Şahidov vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri