Icma.az
close
up
RU
ABŞ: İsrailin Suriyaya girməsi “müvəqqəti vəziyyətdir”

ABŞ: İsrailin Suriyaya girməsi “müvəqqəti vəziyyətdir”

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İsrail ordusunun Colan təpələrinin o tayındakı Suriya ərazisinə girməsinin təhlükəsizlik boşluğu səbəbindən “müvəqqəti vəziyyət” olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Miller gündəlik mətbuat konfransında Suriyada rejimin süqutundan sonra baş verənlərlə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Hər bir ölkənin terror təşkilatlarına qarşı hərəkətə keçmək hüququ olduğunu bildirən Miller: “Suriya ordusu (Suriyada süqut edən Baas rejiminin devrilmiş lideri Bəşər Əsədə sadiq rejim qüvvələri) danışıqların mövzusu olan İsrail-Suriya bufer zonası (Qolan təpələri) ətrafındakı mövqelərini tərk edib. Bu, İsraili və onun vətəndaşlarını potensial olaraq təhdid edən terror təşkilatları tərəfindən doldurula biləcək bir boşluq yaradırdı”, - deyə bildirib.

“Düşünürəm ki, hər bir ölkə, xüsusən də Suriyada indiki kimi qeyri-sabit vaxtlarda, sərhədində terror təşkilatları tərəfindən ələ keçirilə biləcək boşluqdan narahat olacaq”, - deyən Miller onu da qeyd edib ki, İsrailin hərəkətləri “müvəqqətidir”.

Dövlət Departamentinin sözçüsü İsrail və Suriya arasında 1974-cü ildə əldə edilmiş Qoşunların Çıxarılması Razılaşmasını dəstəklədiklərini təkrarlayıb.

İsrailin işğal cəhdinin bölgə ölkələri tərəfindən pisləndiyini xatırladan Miller: “Gərginliyi azaltmağa və sabitliyi təmin etməyə çalışırıq”, - deyə o, regionda sabitliyin bütün ölkələrin, o cümlədən İsrailin də marağında olacağını vurğulayıb.

Metyu Miller, Heyət Təhrir əş-Şam (HTS) ilə əlaqələrini soruşduqda, "müxtəlif qruplarla, bəzən birbaşa, bəzən də vasitəçilər vasitəsilə" əlaqə saxladıqlarını söyləyib. Bu görüşləri "son bir neçə gündür" keçirdiklərini qeyd edən Miller, Suriya daxilində və ya xaricində bu cür təşkilatlarla əlaqə qurmağın "bir çox yolu" olduğunu söyləyib.

Miller bu cür danışıqların davam edəcəyini bildirsə də, müzakirə olunanlarla bağlı təfərrüatlara varmaq istəmədiyini bildirib. O, Menbicdə hərbi müxalif qüvvələrlə terror təşkilatı PKK/YPG arasında baş verən qarşıdurma ilə bağlı: “Biz heç kimin Suriya daxilində öz mövqelərini irəlilətmək üçün bu qeyri-sabitlik dövründən istifadə etməsini istəmirik. Biz bunu regionun bütün aidiyyatı tərəflərinə açıq şəkildə bildiririk”, - deyə bildirib.

ABŞ qüvvələrinin Suriyada QSD adını istifadə edən PKK/YPG ilə əməkdaşlığını davam etdirməsi ilə bağlı Miller: "QSD-yə dəstəklə bağlı hesabatımızda mövqeyimizdə heç bir dəyişiklik olmadı", - deyib. O, təşkilatın İŞİD-lə mübarizədə “həyati ortağı” olmağa davam edəcəyini bəyan edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2024 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri