İsraillə Livan arasında bu gündən atəşkəs elan edilir saat açıqlandı
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
İsrail Livanla atəşkəs razılaşmasını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Təhlükəsizlik Şurasının açıqlamasında deyilir.
İsrailin “12-ci kanal”ının məlumatına görə, atəşkəs razılaşması bu gün səhər saat 10:00-da qüvvəyə minəcək.
Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata əsasən, ABŞ Prezidenti Co Bayden atəşkəsin sabah yerli vaxtla saat 04:00-da qüvvəyə minəcəyini deyib.
“Atəşkəs hərbi əməliyyatların daimi dayandırılması kimi nəzərdə tutulub. Livan silahlı qüvvələri yaxın 60 gün ərzində cənuba nəzarəti İsraildən geri alacaq”, – deyə o bildirib.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəsin müddətinin Livanda baş verənlərdən asılı olacağını, Hizbullah razılaşmanı pozarsa və yenidən silahlanmağa cəhd edərsə, zərbə endirəcəklərini deyib.
Baxış sayı:109
Bu xəbər 27 Noyabr 2024 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















