İsraillə Livan təhlükəsizlik və iqtisadi məsələlərlə bağlı görüş keçirib
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan nümayəndələri təhlükəsizlik və iqtisadiyyat mövzularını müzakirə etmək üçün yeni görüş keçiriblər.
"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun dəftərxanası məlumat yayıb.
Məlumata görə, görüş Livanın cənubundakı sərhəd qəsəbəsi Ən-Nakurada baş tutub. İsrail tərəfdən danışıqlara Xarici siyasət məsələləri üzrə Milli Təhlükəsizlik Şurası sədrinin müavini Yosef Draznin rəhbərlik edib.
"Görüş təhlükəsizlik sahəsində dialoqun davamı olub və Livan ordusu tərəfindən "Hizbullah"ın silahsızlaşdırılmasına yönəlib. Həmçinin iqtisadi layihələrin irəlilədilməsi yolları müzakirə olunub. Bu layihələr qarşılıqlı maraqları gücləndirməklə "Hizbullah"dan gələn təhdidin aradan qaldırılmasına və sərhədin hər iki tərəfində yaşayan insanlar üçün davamlı təhlükəsizliyin təmin olunmasına xidmət etməlidir", – Netanyahunun dəftərxanasından bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 Dekabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















