ABŞ gələn həftə İsraillə Livan arasında görüş keçirməyi planlaşdırır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 10 aprel, AZƏRTAC
ABŞ Dövlət Departamenti gələn həftə İsrail və Livan nümayəndələri arasında mümkün atəşkəsi müzakirə etmək üçün görüş keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla məlumat yayıb.
Daha əvvəl İsrailin Baş naziri Benjamin Netanyahu Livanla birbaşa danışıqlara başlanılması barədə göstəriş verdiyini açıqlamışdı. O, həmçinin Livandakı “Hizbullah” təşkilatının tərksilah edilməsinin və münaqişənin “mümkün qədər tez” həll olunmasının vacibliyini vurğulamışdı.
“Axios” portalının məlumatına görə, danışıqların gələn həftə Vaşinqtonda baş tuta biləcəyi gözlənilir.
Baxış sayı:110
Bu xəbər 10 Aprel 2026 02:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















