İsrailli futbolçunun Türkiyə klubuna transferi xaosa səbəb oldu
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Süper Lig'e yükselen Kocaelispor'da transfer listesinde bulunan İsrailli oyuncu Ramzi Safuri'nin transfer iddiaları taraftarları ikiye böldü. Bazı taraftarlar Safuri'yi takımda isterken, bazı kesim ise oyuncuyu İsrailli olması nedeniyle istemedi.
Superliqaya yüksələn "Kocaelispor"un transfer siyahısında yer alan israilli futbolçu Rəmzi Safurinin transfer iddiaları azarkeşləri iki yerə bölüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, azarkeşlərin bir qismi Safurini komandada istəsə də, bəziləri israilli olduğu üçün futbolçunu istəmir.
1-ci Liqa çempionu kimi Superliqaya yüksələn "Kocaelispor" "Antalyaspor"da çıxış edən Rəmzi Safurini transfer etmək istəyir. Bu təşəbbüsdən sonra sosial şəbəkədə "Kocaelispor" azarkeşləri arasında fikir ayrılığı yaranıb.
“Kocaelispor” 29 yaşlı israilli 10 nömrəli Safurini transfer etməyə yaxınlaşıb, lakin reaksiyadan sonra transfer təxirə salınıb. Bəzi qruplar Safurini israilli olduğuna və İsrail milli komandasında oynadığına görə tənqid etsə də, futbolçunun Fələstin əsilli və müsəlman futbolçu olduğu üçün transferin siyasi baxışdan asılı olmayaraq qiymətləndirilməsi lazım olduğunu iddia edən azarkeşlər də olub.
Bu fikir ayrılığı sosial mediaya geniş təsir edib və tərəfdarlar arasında fərqli baxışlar ön plana çıxıb. "Kocaelispor"un bu transferlə bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 16 İyun 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















