Icma.az
close
up
RU
İsrailli mütəxəssisdən TÜRKİYƏ XƏBƏRDARLIĞI

İsrailli mütəxəssisdən TÜRKİYƏ XƏBƏRDARLIĞI

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ərdoğanın iki hədəfi var, özümüzü türk boğazında hiss edə bilərik”

İsrailli ekspert Kobi Michael bildirib ki, Türkiyənin Qəzzaya yönələn hərəkətləri İsraili küncə sıxışdıra bilər və Prezident Ərdoğanın iki əsas hədəfi mövcuddur.

Sherg.az xəbər verir ki, Tel-Əviv Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan tədqiqatçı Kobi Michael, Yahudi Xəbər Agentliyi JNS üçün hazırladığı analizdə Türkiyənin Qəzzadakı hərəkətlərinin İsrailin strateji manevr imkanlarını ciddi şəkildə daraldacağını vurğulayıb.

Michael analizində bildirib ki, Türkiyənin Qəzza planı İsraili iki cəbhədə küncə sıxışdıracaq. Təl-Əviv yaxın gələcəkdə həm Qəzzada, həm də Suriyanın sərhədində Türk ordusu ilə eyni anda üz-üzə qala bilər.

Analizdə xatırladılır ki, Ankara ABŞ Prezidenti Donald Trumpın atəşkəs planı çərçivəsində Qəzzaya göndəriləcək Beynəlxalq Sabitlik Qüvvələrinə qatılmaq üçün iki minlik xüsusi tugay hazırlayıb. Michael qeyd edib ki, bu addım Türkiyənin Qəzzadakı təsirini gücləndirir və Təl- Əvivin əməliyyat çevikliyini məhdudlaşdırır.

Michaela görə, Qəzzadakı Türk varlığı yalnız hərbi güclə məhdudlaşmır. Bölgədə fəaliyyət göstərən Türk və Fələstin yardım təşkilatları dağıntıların aradan qaldırılması və girovların axtarışında aktiv rol oynayır. Bu fəaliyyətlər zamanı Türk bayraqları və afişaları hər yerdə görünür. Michael bildirib:

“Ankara həm humanitar yardım, həm də diplomatik təsir vasitəsilə Hamas üzərində nüfuzunu gücləndirir. Trump administrasiyası da Türkiyəni, Qətərlə birlikdə, planın əsas tərəfdaşlarından biri kimi qiymətləndirir. Prezident Ərdoğan Haması planın ilk mərhələsini qəbul etməyə razı salıb və Türkiyə bu uğur qarşılığında Qəzzada daha güclü hərbi varlıq tələb edib.”

Michael Ərdoğanın iki güclü strateji hədəfinin olduğunu bildirərək yazır:

“Birinci hədəf Türkiyəni Yaxın Şərqin müəyyənedici siyasi və hərbi gücü halına gətirməkdir, ikincisi isə İsrailin bölgədəki manevr imkanlarını daraltmaq. Ankara İsrail-Yunanıstan-Cənubi Kipr strateji ittifaqını öz maraqlarına birbaşa təhdid kimi görür.”

Michael əlavə edib ki, Türkiyənin Hamas siyasəti də Qəzza ilə məhdudlaşmır:

“Ankara Hamasın yalnız Qəzzada deyil, ümumilikdə Fələstin siyasətində təsirli qalmasını hədəfləyir. Qəzzadakı artan Türk hərbi və mülki varlığı Hamasın həyati maraqlarını qorumaq baxımından kritik əhəmiyyət daşıyır və dolayısı ilə Türkiyənin bölgədəki strateji maraqları ilə birbaşa bağlıdır.”

Analiz göstərir ki, Türkiyənin Qəzzadakı hərbi birliyi ilə Suriya şimalındakı təsiri birləşərsə, İsrail iki cəbhədə təzyiq altında qalacaq. Michael bildirib:

“İsrail Türk hərbçilərinə zərər verməkdən çəkinərsə və bu, Ərdoğanın Tramp üzərindəki təsiri ilə birləşərsə, Təl-Əvivin əməliyyat azadlığı ciddi şəkildə məhdudlaşa bilər. Türkiyənin Qəzzada quracağı geniş hərbi və mülki təsir şəbəkəsi, İsrailin Hamasaa qarşı əməliyyatlarda çevik hərəkət imkanını daraldacaq və Ərdoğana İsrail üzərində strateji üstünlük təmin edəcək.”

Analizin sonunda Michael İsrail rəhbərliyinə xəbərdarlıq edib:

“Qəzzadakı Türk hərbi varlığına heç bir halda icazə verilməməli, ABŞ ilə yaxından koordinasiya təmin edilməli və Türkiyənin rolu Misir-Səudiyyə Ərəbistanı-BƏƏ ekseni vasitəsilə məhdudlaşdırılmalıdır. Əgər Ərdoğanın planı uğur qazansa, İsrail özünü Ankaranın qaydalarını müəyyən etdiyi bir Türk Boğazında görə bilər və bu, Təl-Əvivin bölgə siyasətini dərin şəkildə sarsıda bilər.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri