“İsrailli həkimlər süni şəkildə yaradılmış buynuz qişa köçürərək görməni bərpa edib“ Oftalmologiyada tarixi dönüş
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bu, gələcəkdə milyonlarla insanın görmə qabiliyyətini bərpa etməsinə imkan verə bilər..."
İsrailin "Rambam" Oftalmologiya İnstitutunda həyata keçirilən əməliyyat göz xəstəlikləri sahəsində yeni bir dövrün başlaya biləcəyini göstərir.
Moderator.az xəbər verir ki, bu barədə "content-review.com" nəşri yazıb.
"Precise Bio" şirkətinin laboratoriyada canlı insan hüceyrələrindən hazırladığı 3D-printerdə çap edilmiş buynuz qişa ilk dəfə olaraq xəstəyə uğurla implantasiya edilib. Bu müdaxilə nəticəsində ağır dərəcədə görmə itkisindən əziyyət çəkən pasiyent yenidən görməyə başlayıb.
Tədqiqatçılar bildirir ki, bu üsul gələcəkdə donor çatışmazlığını aradan qaldırmaqla milyonlarla insana ümid verə bilər. Bir donor buynuz qişasından laboratoriya şəraitində 300-dək implant hazırlanması mümkündür, bu isə ən böyük inqilab hesab olunur.
Buynuz qişanın 3D-çapı: necə işləyir?
Ənənəvi köçürmələr donor orqanı tələb edir və bu, dünyanın bir çox ölkəsində illərlə gözləmə deməkdir. Yeni biotexnologiya isə prosesi tam dəyişir. Hüceyrələr əvvəlcə laboratoriyada lazımi sıxlığa qədər artırılır, sonra dəqiq 3D-model əsasında buynuz qişanın bütün qatları mərhələ-mərhələ formalaşdırılır, alınan toxuma xəstənin orqanizmi ilə tam uyğun olduğuna görə demək olar ki, 100 faizlik uyğunlaşma əldə edilir.
Bu, həm riskləri minimuma endirir, həm də uzunmüddətli nəticələri yaxşılaşdırır. Bu yanaşmanın ilk konsepti 2018-ci ildə Böyük Britaniyanın Nyukasl Universitetində hazırlanıb. İndi isə İsrail alimləri həmin ideyanı real klinik əməliyyata çevirə biliblər.
Gözlərlə məhdudlaşmayan potensial
Ekspertlər hesab edir ki, bu texnologiya yalnız oftalmologiyanı deyil, bütövlükdə transplantologiyanı dəyişə bilər. Eyni prinsip üzərində qaraciyər, ürək, böyrək kimi orqanların da bioloji 3D-çapı mümkün olacaq.
Dünyada hazırda təxminən 13 milyon insan buynuz qişa transplantasiyası üçün donor gözləyir. Çoxu illərlə növbədə qaldığı üçün əməliyyata çatmır. Yeni üsul isə ucqar və resursu az olan ölkələr də daxil olmaqla, müalicəni daha əlçatan edə bilər.
Mütəxəssislərin fikrincə, "Rambam"da aparılan bu əməliyyat oftalmologiyada tarixi addımdır və gələcəkdə milyonlarla insanın görmə qabiliyyətini bərpa etməsinə imkan verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 Dekabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















