Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

İsrailli yazıçının kitabı Azərbaycan dilində də çap olunarsa…

İsrailli yazıçının kitabı Azərbaycan dilində də çap olunarsa…

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mark Qorin İsraildə rus dilində nəşr olnmuş «Mavi dənizin sahilində» («У самого синего моря») kitabını bütünlüklə Azərbaycan kimliyinə, xalqımızın dəyişməz milli keyfiyyətlərinə, xeyirxah insanlara, mehriban və qayğıkeş Bakıya və mavi gözlü Xəzərə, gənclər şəhəri Sumqayıta, onun qonaqpərvər insanlarına həsr edib.

Kitab, əslində, sənədli roman kimi oxucunu Mark Qorinin iti yaddaşı və incə düşüncələri ilə xəyalən xeyli keçmişə-ötən əsrin 70-80-ci illərinə aparır. Müəllif kitabın «Ön söz»ündə də yazır ki, bu əsəri Azərbaycanda yarım əsrdən çox dostluq münasibətində olduğu gənclik illərinin dostlarına və həmkarlarına həsr edib.

Kitabı vərəqlədikcə, oxucu bəhs edilən hadisələr fonunda ondan ayrılmaq istəmir, bəzən bu hadisələrin az qala iştirakçısı olur və əsərin baş qəhrəmanı Saşanın, əslində isə kitabın və əsərin müəllifi Mark Qorinin, Azərbaycana sonsuz məhəbbətinin ağuşuna düşür, Azərbaycanı, onun paytaxtı, qədim və müasir Bakını, müəllifin vaxtilə yaşayıb-işlədiyi gənclər şəhəri Sumqayıtı qarış-qarış gəzir, xalqımızın (bəlkə də indi unudulmaqda olan) daş kitabələrə və yaddaşlara həkk olunmuş, qürur duyulası milli keyfiyyətləri ilə yaxından tanış olur.

Bir sözlə, İsrailin tanınmış yazıçı-jurnalisti, rus dilində yayımlanan İTON TV-nin baş redaktoru, tanınmış siyasətçisi Mark Qorinin bu əsəri ilə Azərbaycanın keçmiş illərini qarış-qarış gəzmək, görmək və o illərin xəyalən canlı şahidinə çevrilmək olur.

***

Qeyd edək ki, kitab 2023-cü ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə İsraildə çap olunub.

Oxuculara kitabın giriş hissəsindəki bir məqamı təqdim etməklə, əsər və onun müəllifi haqqında eksklüziv tanıtma etmək istərdik. Sitat: “…Bu yaxınlarda Yerusəlimin “Klik” nəşriyyatı Təl-Əvivin məşhur yazıçı-jurnalisti Mark Qorinin “Qayıdış” romanını nəşr edib. Müəllif Bakıda zabit ailəsində anadan olub, lakin uşaq ikən atasının yeni iş yerinə təyinatı ilə əlaqədar Donbasa köçüb. Donetsk Universitetinin tarix fakültəsini bitirdikdən sonra Mark Azərbaycana qayıdıb və onun  jurnalist karyerası da Sumqayıt şəhər qəzetindən başlayıb: yazıları ölkə mətbuatında müntəzəm olaraq dərc olunub. Fərhad Ağamalıyev və Mark Qorin “Mənim şəhərim Sumqayıtdır!” televiziya filminin ssenarisini də birgə yazıblar. Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu (İnstitutun ssenari şöbəsini) bitirdikdən sonra Moskvada nüfuzlu jurnalların birində işləyib. Hazırda İsraildə yaşayır və işləyir – əvvəlki kimi jurnalistika ilə məşğuldur. Mark Qorin uzun illər Azərbaycanın Qarabağdakı və Şərqi Zəngəzurdakı ərazilərini işğal altında saxlayan, Azərbaycana qarşı hərbi təxribatlardan əl çəkməyən Ermənistanın layiq olduğu cavabını verəndə də (44 günlük Vətən müharibəsi) xarici dövlətdə ölkəmizin haqq səsinin müdafiəçilərindən, “Dəmir yumruq” əməliyyatını dəstəkləyənlərdən olub. İstər baş redaktoru olduğu “Sputnik” qəzetində, istərsə də İsraildə dərc olunan rusdilli digər mətbu orqanlarında və televiziya proqramlarında Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına çalışıb. Eləcə də yəhudilərlə Türk- Azərbaycan xalqlarının dostluq əlaqələrini, bunların tarixı köklərini, həmçinin yəhudilərin təqiblərə məruz qaldıqları tarixi dövrlərdə türk, eləcə də türkəsilli xalqların onları müdafiə və himayə etmələri faktlarını araşdıraraq və tarixi yaddaşı təzələməklə bu xalqların dostluq və birliklərinin möhkəmləndirilməsinə öz  töhfəsini verən tarixçi-jurnalistdir. Kitab bütövlüklə bundan bəhs etməsə də, müəllif Azərbaycanda publisist kimi püxtələşdiyi illəri israrla nəzərdən keçirir, bu dövrə çoxlu səhifələr ayırır. Belə insanlar üçün isə başqa dənizlərin belə dalğalarının həzin səsi sözsüz ki, onları xəyalən yumşaq Abşeron qumunun unudulmaz hərarətinə qaytarıb gətirir, ruhən dincəldir…».

Sonda: qeyd edək ki, kitab İsraildə rus dilində nəşr olunub, lakin onun Azərbaycan dilinə tərcümə edilərək çap olunması və oxuculara təqdim edilməsi çox vacibdir. Hətta deyərdik ki, kitabın həm də ingilis və fransız dillərində nəşrinə də böyük ehtiyac var. Çünki kitabda ermənilərin Qarabağa köçürülməsi və burada yaşaması, onların sonradan Azərbaycan ərazisində yeni bir dövlət quruluşu yaratmaq kimi canfəşanlığı, Qarabağda başlanan işğalçılıq əməlləri, rus hərbçilərinin sayəsində ermənilər tərəfindən Azərbaycan vətəndaşlarının öz ölkəsində köçkünə və didərginə çevrilməsi və s. öz əksini tapıb. Bir sözlə, əsərdəki digər epizodlarda da personajların dili ilə ermənilərin kimliyi incəliklə təsvir olunur, oxucuya təqdim edilir.

 İnanırıq ki, həmişə dövlət və ictimai əhəmiyyətli layihələri dəstəkləyən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, eləcə də Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi kitabın həm də Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasına dəstək verəcəkdir.

Asif MƏRZİLİ, tezadlar.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri